Daha bir məşhurun ailəsi dağıldı - FOTO
Dünyanın ən populyar aktrisalarından biri, Hollivud ulduzu Skarlett Yohansson iki illik nikahdan sonra əri Romen Doriakdan ayrılıb.
Qadınsaytı.az Milli.Az-a istinadən bildirir ki, 32 yaşlı aktrisanın fransız jurnalistlə nikaha son qoyduğu ötən həftə bəlli olub. Skarlett Yohansson Vaşinqtonda ABŞ prezidenti Donald Trampa qarşı keçirilən "Qadın marşı"na barmağında nişan üzüyü olmadan qatılmışdı.
Az sonra bəlli olub ki, Skarlett Yohanssonla Romen Doriak artıq bir yerdə yaşamırlar. Daha doğrusu, onlar yayda nikaha qeyri-rəsmi olaraq son qoyublar və indi boşanmağa hazırlaşırlar.
S.Yohanssonla ərini son dəfə ötən ilin oktyabrında, aktrisanın "Yummy Pop" butikinin açılışında görmüşdülər. Parisin mərkəzindəki bu dükanda pop-korn satılır.
Skarlett Yohanssonla Romen Doriakın 2 yaşlı, Rouz Doroti adlı qızları var.
Aktrisann ilk nikahı amerikalı aktyor Rayan Reynoldsla olub. Onlar 2008-ci ildə evlənmiş, 2010-cu ildə boşanmışdılar.
S.Yohansson Hollivudun ən çox qazanan aktrisalarından biridir. Ötən il onun gəlirləri 25 milyon dollar təşkil edib.














Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri