Daha bir qlobal epidemiya riski - ÜST-dən xəbərdarlıq
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ruandada xəstəliyin ilk halları qeydə alındıqdan sonra yeni Marburq virusu epidemiyası təhlükəsi barədə məlumat yayıb.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hazırkı məlumata görə, yoluxmaların əksəriyyəti Ruandanın paytaxtı Kiqalidəki iki səhiyyə müəssisəsinin tibb işçiləri arasında qeydə alınıb.
ÜST-ə görə, epidemiya riski regional səviyyədə çox yüksək, lakin qlobal səviyyədə aşağıdır.
Hazırda 27-dən çox yoluxma və 9 ölüm hadisəsi qeydə alınıb. Marburq virusu infeksiyası 88% halda ölümlə nəticələnir.
Hazırda Marburq virusu üçün peyvənd yoxdur. ÜST Ruanda ilə sərhəddə epidemioloji nəzarət üçün əlavə tədbirlər görməyi tələb edib.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi