Daha uzun yaşamanın SİRRİ - qatığın inanılmaz FAYDALARI
Qatıq sevənlərdə bütün səbəblərdən ölüm nisbəti digərlərinə nisbətən daha aşağıdır. Bu nisbət məhsulun yağlılıq dərəcəsinə və miqdarına görə dəyişir.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə çinli alimlər uzunmüddətli tədqiqatlardan sonra elan ediblər. Onların araşdırmalarının nəticələri "Journal of Global Health"də dərc edilib.
Bildirilir ki, tədqiqat üçün 186 mindən çox insanın məlumatı araşdırılıb. Məlum olub ki, qatıq sevənlərdə ölüm nisbəti onu yeməyənlərlə müqayisədə daha aşağı olub. Üstəlik, faydalı təsir istənilən miqdarda və müxtəlif yağlılıq dərəcəsi olan qatıqlardan əldə edilib.
Gündə 50 qrama qədər normal yağlılıqlı turş süd məhsulunun minimal istehlakı ölüm riskini 18%, 50-100 qram - 7%, 100 qramdan çox isə 4% azaldıb. Yağsız qatıq üçün müvafiq olaraq risklərin azalması belədir: 12, 9 və 5%.
Bundan başqa müəyyən edilib ki, gündə cəmi 80-125 qram qatıq istehlakı 2-ci tip diabet riskini 14% azaldır. Oxşar effektlər ürək-damar xəstəlikləri və metabolik sindroma da (piylənmə, 2-ci tip diabet, ürək və damar xəstəlikləri və sair) aid olub.
Bildirilir ki, qatığın tərkibində olan faydalı bakteriyalar (Bolqar çöpü) uzunömürlülüyün açarıdır. Bu məhsul həmçinin zülal, süd yağının fosfolipidləri, təbii trans yağlar, "K1" və "K2" vitaminləri, kalsiumla zəngindir. Bütün bunlar sağlamlığımıza və ömür uzunluğumuza müsbət təsir göstərir.
Milli.Az









Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qaravəllilər
Qarazirə hər dərdin çarəsi olan bitki
Arzuolunmaz hamiləlik
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Ürəktutmasından vəfat edən aktrisanın dəfn yeri bəlli oldu
Özcan 'Qardaşım 1 milyard pulumu yedi' dedi - Qardaşını məhkəməyə verdi
Cənubi azərbaycanlı müğənnidən Əməkdar artistə sərt tənqid - 'Mesajlarıma cavab yazmır
Flora Kərimovanın səhhəti neçədir?
Evdə pilates: Doğru başlamaq üçün bilməli olduğunuz məqamlar
Keyfiyyətli kərə yağı necə seçilir?
Diddi vaxtından tez azadlığa çıxacaq