Daim yorğun hiss etməyinizin səbəbi bu ola bilər

Daim yorğun hiss etməyinizin səbəbi bu ola bilərƏgər zəiflik, tez yorulmaq, üşümək, baş ağrısı kimi şikayətləriniz varsa, anemiyanız ola bilər.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, Dr. Rüştü Vural anemiyanın qırmızı qan hüceyrələrinin sayının və ya hemoglobin miqdarının azalması olduğunu ifadə edərək bunun 3 səbəbini izah edib:
"Qan itkisi, qırmızı qan hüceyrəsi (eritrosit) istehsalının pozulması, qırmızı qan hüceyrələrinin məhvinin artması anemiyaya səbəb olur".
O bildirib ki, qan azlığından şübhələnən xəstə əvvəlcə sözügedən xəstəliyin həqiqətən olub-olmadığını müəyyən etməlidir. Bunun üçün qan analizi etməmiz lazımdır.
"Hansı növ anemiyaya sahib olduğunuzu tapmaq vacibdir. Səbəbini tapmaq üçün qırmızı qan hüceyrələrinin böyük və ya kiçik olduğunu və onların tərkibindəki hemoglobinin miqdarını bilmək önəmlidir", - deyə həkim qeyd edib.
Dr. Vural anemiyanın əlamətlərini belə sadalayıb:
* Yorğunluq, zəiflik, başgicəllənmə, asanlıqla yorulma
* İş qabiliyyətinin azalması
* Tez-tez xəstələnmək
* İştahsızlıq, ürəkbulanma
* Dərinin, göz qapaqlarının və ovucların daxili hissəsinin solğunluğu
* Ürək döyüntüsünün artması və nəfəs darlığı
* Üşümək
* Konsentrasiya pozğunluğu
Mütəxəssis böyüklərdə dəmir çatışmazlığının daha çox xroniki qan itkisindən qaynaqlandığını diqqətə çatdırıb:
"Xroniki qanaxmanın əsas səbəbləri mədə xorası, mədə yırtığı, qida borusu varikozu, yoğun bağırsaq polipləri, kolit, hemoroid, qanaxmalı bağırsaq parazitləri, sidik yollarında qanaxma, davamlı aspirin istifadəsi nəticəsində yaranan qanaxmalar və ağciyər qanaxmalarıdır. Bu səbəbdən anemiyası olan yetkinlərdə bu sistemlər ətraflı yoxlanılmalıdır".
Həkim anemiyadan əziyyət çəkənlərə aşağıdakı qidalanma tövsiyələrini verib:
- Pəhrizinizə bütün qida qruplarını daxil etmək vacibdir.
- Əgər vegetariansınızsa, anemiyadan qorunmaq üçün bu vəziyyət barədə həkiminizə məlumat vermək və müvafiq pəhriz proqramına riayət etmək lazımdır.
- Həkiminiz sizə dəmir preparatlarından istifadə etməyi tövsiyə edibsə, onu səhər yüngül səhər yeməyindən 1 saat sonra qəbul etməlisiniz. Xüsusilə süd kimi qidalarla qəbul edildikdə dəmirin udulması azalır.
- Acqarına dəmir preparatlarının qəbulu bəzi mədə-bağırsaq şikayətlərinə səbəb ola bilər.
- Dərman qəbizlik və nəcisin rənginin qaralmasına səbəb ola bilər. Dərmanı dayandırmazdan əvvəl bu şikayətləri həkiminizə çatdırmağınız vacibdir.
- Hamiləlik dövründə nə qədər dəmir əlavəsi istifadə edəcəyinizə həkiminiz qərar verməlidir.
Mütəxəssis bildirib ki, anemiya müalicəsi aparılmadıqda və ya gecikdikdə insan səhhətində ciddi problemlər yaranır:
HAMİLƏLİKDƏ
- Körpə ölümləri arta bilər.
- Aşağı çəkili körpənin dünyaya gəlməsi riski artır.
- Vaxtından əvvəl doğuş riski artır.
- Bədən müqaviməti azalır və xəstəliklər daha tez-tez baş verir.
- Doğuşdan sonra problemlər yarana, doğuş zamanı qan köçürülməsi tələb oluna bilər.
KÖRPƏ və UŞAQLARDA
- İnkişaf yavaşlayır.
- Fiziki fəaliyyət azalır.
- Xəstəliklər daha tez-tez baş verir.
- Qavrama, öyrənmə funksiyaları zəifləyir; diqqətin yayınması, yorğunluq və apatiya artır.
BÖYÜKLƏRDƏ
- Daimi yorğunluq hissi yaranır, halsızlıq baş verir, iş qabiliyyəti azalır.
- Xəstəliklərə qarşı müqavimət azalır.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1623   Tarix: 07 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

maskalar sac duzumleri hamiləlik zirinc faydalari tanışlıq saytları intim kelem tutmasinin hazirlanmasi qadin ehtirasi artiran dermanlar kosmetika atalar sözü webnem tovuzlu faydalı maskalar ginekoloq maska