Damaq və diş xəstəliklərinin profilaktikası

Damaq və diş xəstəliklərinin profilaktikası- Dişlərin düzgün şəkildə təmizləmək. (Bu haqda "Siz dişlərinizi düzgün təmizləyirsinizmi?" məqalədə oxuyun.) - İl ərzində 2 dəfə (hər 6 aydanbir) olmaqla mütləq stomatoloqun profilaktik müayinəsindən keçmək və dişlərin peşəkar səviyyədə təmizlənməsini yerinə yetirmək lazımdır.
Dişlərin peşəkar səviyyədə təmizlənməsi nə üçün vacibdir? Məsələ bundan ibarətdir ki, kariyesin inkişaf etməsinin əsas səbəbi olan diş daşlarının müstəqil şəkildə təmizlənməsi, əksər hallarda diş ərpinin (diş daşlarının) tam şəkildə xaric edilməsini təmin etmir. Dişlərin peşəkar səviyyədə təmizlənməsi ilk öncə diş daşlarının təmizlənməsini (mexaniki və ya ultrasəs aparatı ilə), daha sonra diş səthinin xüsusi fırçalarla hamarlanmasını, daha sonra isə tərkibində ftor elementi olan xüsusi qoruyucu lakla işlənməsindən ibarətdir. İldə 2 dəfə profilaktik olaraq stomatoloqun müayinəsindən keçmək, damaq xəstəlikləri riskinin 80%, kariyes xəstəliyinin baş vermə ehtimalının isə 40% azalmasına səbəb olur.
Təsirli profilaktika üsullarından biri də dişlərdə olan fissurların germetizasiyasından (kip bağlanma) ibarətdir. Bütün dişlərin tac hissəsinin səthində çox kiçik şırım, oyuq və kanallar (fissurlar) kariyes prosesinə daha çox meyilli olurlar. Ona görə ki, ağız boşluğunda olan bakteriyalar üçün orada yerləşmək, möhkəmlənmək və çoxalmaq üçün daha yaxşı və münbit şərait olur. Fissurların qapadılması üçün çeynəmədə iştirak edən molyar və premolyar dişlərin çeynəmə səthlərinə nazik bir qatla xüsusi qoruyucu material sürtürlər. Nəticədə fissurlar qapanmış olur ki, bu da dişlərin bir çox illər ərzində kariyesdən qorunmasına səbəb olur. Fissurların bu üsulla germetizasiyasını 6-12 aylarından başlayaraq uşaqlarda çıxan həm müvəqqəti həm də daimi dişlərə tətbiq etmək məsləhət görülür.
- Profilaktik baxışdan savayı, hər bir dişdə ilk ağrı əlamətləri hiss olunan kimi tez bir zamanda stomatoloqun qəbuluna getmək lazımdır. Hətta dişdə olan ağrını müstəqil şəkildə aradan götürə bilsəniz də, sakitləşərək həkimə getməyi təxirə salmayın! Bu halda çox yəqin ki, proses kəskin haldan xroniki hala keçmiş olur. Ağızdan pis qoxu gəldikdə, damaqlarda kista (kiçik ağrılı törəmə) əmələ gəldikdə, həmçinin damaqlardan hətta az miqdarda qanaxmalar olduqda da stomatoloqa getmək vacib hesab edilir.
- Düzgün qidalanmaq dişlərin sağlamlığı üçün də böyük əhəmiyyətə malikdir. Ağız boşluğunda milyardlarla bakteriyalar "yaşayır". Orqanizm özü daim onlarla mübarizə aparır, biz isə fırça və diş pastası ilə ona kömək edirik. Ağız boşluğunda olan bakteriyalar karbohidratları - şəkər, qənnadı məmulatları, konfetlər, makaron və s. bu kimi məhsulları çox "sevir". Onların təsirindən bakteriyaların sayı fəlakətli dərəcədə artır. Buna görə də kariyesin profilaktikası üçün imkan olduqca karbohiratları əsasən səhər və axşam yeməkləri zamanı qəbul etmək və bundan sonra isə dişləri təmizləmək çox vacib hesab edilir. Əgər siz buna riayət edə bilməyərək, nahar vaxtı karbohidratlarla zəngin olan qida qəbul etmiş olsanız, qida qəbulundan sonra vaxt taparaq dişlərinizi təmizləməli və ya ağız boşluğunuzu diş eliksiri ilə yaxalamalı, bu da mümkün olmadıqda isə, heç olmasa bir neçə dəqiqə ərzində tərkibində kselit olan saqqız çeynəməlisiniz. Saqqız çeynənməsi zamanı ağız suyun miqdarı artır. Tüpürcəyin tərkibində olan bəzi maddələr diş emalını zədələyən mikroblara qarşı antibakterial xüsusiyyətlərə malikdir. Lakin onu da bilmək lazımdır ki, saqqızı 5-7 dəqiqən artıq və acqarnına çeynəmək olmaz!
Dişlərin sağlamlığını uzun müddət ərzində qorumaq üçün, gün ərzində olan yanğı hissiyyatını qazlı və şirin içkilərlə, kofe və çay ilə deyil, su ilə aradan qaldırmaq daha xeyirli hesab edilir.
- Dişlərin sağlamlığı üçün tərkibində ftor elementi olan (yodlaşdırılmış-ftorlaşdırılmış duzlar) xörək duzundan istifadə edilməsi böyük əhəmiyyətə malikdir. Çünki, bunun nəticəsində tüpürcəyin tərkibində, dişlərin qorunmasında vacib rol oynayan ftoridlərin miqdarının artması baş verir.
- Dişlər çox soyuq və çox isti qidaları və içkiləri də (xüsusən isə onların növbələnməsini) "sevmirlər".
- Damaqların vəziyyətini yaxşılaşdırmaq, orada olan iltihabi proseslərin qarşısını almaq və ya aradan götürmək və tənəffüsü təravətləndirmək üçün xalq təbabəti vasitələrindən hesab edilən adaçayı-palıd dəmləməsindən istifadə etmək yaxşı nəticə verir. Bunun üçün 1 çay qaşığı adaçayını və o qədər də palıd qabığını götürüb üzərinə 300 ml qaynar su əlavə edin və 30 dəqiqə ərzində onu vam odda qaynadın. Alınan dəmləməni soyutmaq, süzmək və gün ərzində ağız boşluğunu onunla bir neçə dəfə yaxşı-yaxşı yaxalamaq lazımdır. Gingivit və parodontit zamanı isə belə bir sadə müalicə üsulündan da istifadə etmək olar: şəhadət barmağımıza bir qədər tənzif doladıqdan sonra onun üzərinə 5-6 damcı təmiz ağ şam ağacı yağı ("pixtovoe maslo") damızdıraraq damaqlara sürtürük. Bunu gün ərzində 2 dəfə etmək lazımdır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1149   Tarix: 19 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

yemek reseptleri maskalar geyim necə seçməli sevişmə biliye aid atalar sozleri 2026 burcler hamilə qadın kosmetika tapmaca oyunlar sevda səməd vurğun muellim seiri