Damaqların xalq təbabəti üsulları ilə müalicəsi

Damaqların xalq təbabəti üsulları ilə müalicəsiDamaq xəstəlikləri ən tez-tez təsadüf edilən problemlərdən biridir.
Parodontoz xəstəliyi zamanı damaqlar həssas olur, dişlərin təmizlənməsi zamanı qanayır, qaşınır. Daha sonra damaqlar kiçilir, diş kökləri görünməyə başlayır. Nəticədə dişlər laxlanmağa başlayır və tökülür.
Parodontoz tək dişlərə ziyan etmir. Parodontoz həmçinin mədə-bağırsaq sistemi və ağız boşluğu xəstəliklərinə və iltihablarına gətirib çıxarır. Bu səbəbdən özünüzdə parodontozun simptomlarını müşahidə etdikdə mütləq diş Həkiminə müraciət edin. Həkim xüsusi müalicə təyin edəcək. İlk növbədə parodontoza səbəb olan amillər (diş daşları, dişlərin patologiyaları və s.) aradan qaldırılmalıdır. Daha sonra xəstəyə iltihabəleyhinə müalicə təyin olunur (antiseptik preparatlar, vitaminlər, fermentlər və s.). Bu mərhələdə xalq təbabəti üsullarından da istifadə etmək olar. Bu üsullar əsas müalicə ilə yanaşı istifadə olunur və çox yaxşı effekt verir.
1. Ağız boşluğunuzu palıd qabığı, adaçayı otu, evkalipt, kalendula ilə qarqara edin. Bunun üçün 1 xörək qaşığı ot 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, bir neçə dəfə yaxşı süzülür və ilıq vəziyyətdə qarqara üçün istifadə olunur. Dəmləməni bir neçə dəqiqə ərzində ağızda saxlamaq lazımdır.
2. Propolis (bərəmum) çox təsirli antiseptik vasitədir. Propolisin kiçik hissəsi sürtgəcin xırda gözündən keçirilir 1 stəkan qaynar suda dəmlənilir, süzülür və qarqara üçün istifadə olunur. Dəmləməni ağzınıza alıb bir neçə dəqiqə saxlayın. Nəzərinizə çatdıraq ki, digər arı məhsulları kimi propolis da güclü allergik reaksiyalara səbəb ola bilər.
3. 1 çay qaşığı qara çay və 2-3 xırda doğranmış diş sarımsaq 1 stəkan qaynar suda dəmlənilir, süzülür və qarqara üçün istifadə olunur. (Çay ilıq olmalıdır.). Sarımsaq çox təsirli təbii antiseptik vasitədir, çay isə dişlər üçün xeyirli olan ftorla zəngindir.
4. Gicitkən iltihabəleyhinə təsir edir və həmçinin dişlərin qanamasını aradan qaldırır. 1 xörək qaşığı quru gicitkən 1 stəkan qaynar suda dəmlənilir, süzülür və qarqara üçün istifadə olunur.
5. İynəyarpaq çox yaxşı iltihabəleyhinə təsir edir. Dəmləmələr şəklində istifadə olunur.
6. 1-2 bağayarpağı yaxşı yuyun və hər gün gündə bir neçə dəfə bir neçə dəqiqə ərzində çeynəyin və sonra tüpürün.
7. Efir yağları ilə damaqların masajı çox effektli müalicəvi və profilaktik vasitədir. Bunun üçün nanə, limon, evkalipt, çay ağacı yağlarından istifadə olunur. Dişlərinizi yaxşı yuyun. Əllərinizi yuyun, şəhadət barmağınıza bir neçə damcı efir yağı damızdırın və damaqların kənarlarından başlayaraq mərkəzə doğru olmaqla dairəvi hərəkətlərlə damaqlarınızı masaj edin.
8. İslam ölkələrində istifadə olunan təbii diş fırçası olan misvak (və ya sivak) parodontoz zamanı çox yaxşı müalicəvi təsir edir. Misvak iltihabı azaldır, mikrobları öldürür, damaqları və dişləri möhkəmləndirir, diş daşı ilə əsalı şəkildə mübarizə aparır, dişləri ağardır və s. Ağacın kökündən hazırlanan misvak 100% təbii vasitədir.
Bütün sadaladığımız vasitələri yalnız sizi müalicə edən həkimlə məsləhətləşdikdən sonra istifadə edə bilərsiniz.
Bütün bu vasitələr həm müalicəvi, həm də profilaktik məqsədlə istifadə oluna bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1284   Tarix: 23 oktyabr 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

adlarin menasi toy gecesi hamiləlik xinayaxdi ucun sozler sifahi xalq edebiyyati stresin elametleri qadinlarda soyuqdeyme kosmetika buga burcu hamilelik novruz hakistalari 8 mart novruz bayramına aid