Damarları məhv edən qidaların adları açıqlandı
Qan damarlarının sağlamlığı daha çox insanın vərdişlərindən asılıdır.
Milli.Az bildirir ki, "Rosbalt" bu barədə həkimlərin açıqlamalarına istinadla xəbər yayıb.
Bildirilir ki, yüksək miqdarda xolesterin tərkibli qidaların müntəzəm istifadəsi qan damarlarına dağıdıcı təsir göstərir.
Belə ki, xolesterinlə zəngin olan mayonez, marqarin, "fast food", hisə verilmiş ət və qızardılmış qidaların istifadəsi təhlükəlidir. Şirniyyat da mənfi təsir göstərir, çünki şəkər qan damarlarının daxili divarlarını zədələyir, bu da qoruyucu qatın itməsinə səbəb olur.
Damar daralmasında və bədənin müəyyən bölgələrinin qanla təchizatında nikotin əsas səbəblərdən biridir. Uzun müddət siqaret çəkmək qan damarlarının daxili təbəqəsinin hüceyrələrini məhv edir.
Həkimlər insanları arterial təzyiqlərinə nəzarət etməyə çağırırlar. Çünki yüksək təzyiqlə vurulan qan damarlarda anevrizmalar yarada və yırtılmaya səbəb ola bilər. (ölkə.az)
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq