Darçının faydası

Darçının faydasıDarçının faydalı xüsusiyyətləri onu əsl təbii müalicəvi vasitə kimi qəbul etməyə imkan verir. Darçın efir yağları, antioksidantlar, vitamin (B qrupu, fol turşusu və s.) və mikroelementlərlə (maqnezium, dəmir, kalsium) zəngindir.
Darçını "təbii antibiotik" adlandırırlar. Nadir xüsusiyyətlərinə malik olan bu ədviyyat müxtəlif bakteriyalar, viruslar və göbələklərlə uğurla mübarizə aparır. Bu bakteriyaların arasında: mədə və 12 barmaq bağırsağı xorasına səbəb olan Helicobacter pilori bakteriləri, bağırsaq çöpü və s. və həmçinin Candida göbələkləridir.
İltihabəleyhinə təsirinə malik olan darçın soyuqdəymə və qrip zamanı uğurla istifadə oluna bilər. İlıq suya 1 çay qaşığı bal və 1/4 qaşığı darçın əlavə edin və gün ərzində 3 dəfə için.
Darçın insanın immun sistemini möhkəmləndirir, orqanizmin virus və mikroblara qarşı davamlılığını artırır.
Bu ədviyyat mədə-bağırsaq sisteminə də çox müsbət təsir edir - mədənin fəaliyyətini yaxşılaşdırır, iştahanı artırır, antiseptik təsir edir.
Darçın orqanizmi şlaklar, toksinlər, sərbəst radikallardan, qurdlardan təmizləyir, hətta xərçəngəleyhinə təsir edir.
Darçın sinir sisteminə də çox müsbət təsir edir, sakitləşdirir, qorxu, narahatçılıq, streslə mübarizə etməyə kömək edir. Bunun üçün darçını sadəcə iynəmək kifayətdir.
Darçın beynin fəaliyyətini və yaddaşı yaxşılaşdırır. Uşaqlara müxtəlif sıyıqlar, un məmulatları bişirdikdə ora mütləq darçın əlavə edin.
Darçın orqanizmi artıq xolesterindən təmizləyir.
Darçın qanı duruldur, damarlarda trombların əmələ gəlməsinə mane olur.
Şəkərli diabet xəstəliyi olan insanlara da darçın xeyir gətirə bilər. Darçın qanda şəkərin səviyyəsini aşağı salır.
Darçın arıqlamağa da kömək edir. Sizə arıqlamaq üçün olan kokteylin reseptini təqdim edirik: 200 qr yağsız kefir götürülür, ora 1/2 çay qaşığı uyüdülmüş darçın və 1/2 çay qaşığı üyüdülmüş zəncəfil əlavə olunur və yaxşı qarışdırılır. Belə kokteyl piylərin daha tez əriməsinə kömək edir. Gün ərzində 1 stəkan kokteyl qəbul etmək olar.
Çubuq darçınları çay və qəhvəyə əlavə edə bilərsiniz. Həftədə 4-5 dəfədən artıq istifadə etmək olmaz. Ən azı 15-20 gün fasilə verin, daha sonra yenidən istifadə edə bilərsiniz. Bu şəkildə orqanizim vərdiş edəcək və onun təsirini daha yaxşı hiss edəcəksiniz.
Hamilə qadınlar darçından istifadə etməməlidirlər. Şəkər xəstələri isə həkimlər ilə məsləhətləşməlidirlər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2091   Tarix: 20 fevral 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

turlar.az

qadin dunyasi reseptler makiyaj instagram 2026 geyim sizanaqlar elm haqqında aforizmlər süni mayalanma kosmetika hakıştalar arıqla lakonizim sac duzumleri oglaq