Daş adam sindromu
Yer kürəsində 2.500 adamda qeydiyyata alınmış bu xəstəlik genlərdəki mutasiyalar səbəbindən baş verir. Daş adam sindromu adlanan bu xəstəlik öz adını orqanların bir-birinə bağların sümüklənməsindən götürüb. Bu sindroma sahib olan adamlar az hərəkətli olurlar, çünki onlara bir az bərk toxunduqda toxunulan nahiyyə sümükləşir, bərkləşir. Belə xəstələrdən biopsiya götürmə və ya onları peyvənd etmək mümkün olmur, bu proseslər toxunulan nahiyyəni daşlaşdırır. İstənilən xarici zədə onların bağ toxumalarının bərkləşməsinə səbəb ola bilir.
Xəstəlik adətən uşağın 10 yaşlarından özünü göstərir. Xəstə uşağın əvvəlcə kürək nahiyyəsi, sonra çiyin bolgəsinın əzələləri, sonra isə aşağıya doğru bütün əzələ lifləri sümükləşir.
Amma sümükləşmə ürək, böyrəklərdən yan keçir. Sümükləşmə prosesi başa çatdıqda xəstə adam hərəkətsiz, bütün sümükləri və əzələləri bir-birinə tam birləşmiş hala gəlir. XVII və XVIII əsrlərdə belə xəstələri "daşa dönən adam" adlandırıblar.
Milli.Az / news.milli.az









50 minə saat almaqdansa, xanımıma zinət əşyası alaram
Elşad Qarayevin vəsiyyəti nədir?
Məşhur aktrisanın QİÇS-dən öldüyü təsdiqləndi
Dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən diqqət olunmalıdır
Xiyarın möcüzəvi faydaları
İsti havada çimərliyə bu qidaları aparmaq olmaz
Kondisioneri neçə dərəcədə işlətmək daha düzgündür?
Sağlam qaraciyər üçün qəhvə için
İşdə nə edək ki, daha az yorulaq
Enerji içkisi sevənlər oxusun
Çılpaq yatmağın faydaları