"Dedi, get qardaşının meyitini qamışlıqdan götür" - Başqasının nişanlısını qaçıran Nurlan

"Dedi, get qardaşının meyitini qamışlıqdan götür" - Başqasının nişanlısını qaçıran NurlanBacısını qaçırdığı üçün dayısı oğlunu öldürməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Nurlan Quliyevin məhkəməsi davam edib.

Xanim.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hakimlər zala daxil olan zaman şahidləri zaldan çıxartdırıb. Bu zaman zərərçəkən tərəflə təqsirləndirilən şəxs arasında mübahisə yaranıb.

Zərərçəkmiş Mahir Quliyevin qardaşı təqsirləndirilən şəxsi ağır söyüşlərlə kəskin təhqir edib. Hakim tərəfləri sakitləşdirib. Həmçinin onlara xəbərdarlıq edib. Bildirib ki, məhkəmə gedişini pozacaqları təqdirdə hamını zaldan çıxardacaq.

Məhkəmə istintaqı açıq elan edilib.

Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyib.

O, məhkəmədə sərbəst ifadə verib. Təqsirləndirilən şəxs bildirib ki, öldürdüyü şəxs dayısı oğlu olub: "Bacım başqasına sözlü idi. Lakin Mahir bacımı götürüb qaçırtdı. Bu mənə pis təsir elədi. Mahiri tapdım sözümü dedim və bıçaqla vurub öldürdüm".

Hakim bildirib ki, şahid ifadələrində var ki, Mahir Quliyev ilə təqsirləndirilən şəxsin bacısı bir-birini çoxdan sevib: "Sən indiyə qədər sevgi nədir bilibsən? Bax adamlar bir-birini sevir, sən niyə belə hərəkət etdin? Yad deyildi ki, doğmaca dayın oğlu idi. İndi bir nəsli bir-birinə düşmən eləməsin. Buna görə də adam öldürərlər? Bacını da bədbəxt etdin, onun günahı nə idi ki?"

Nurlan Quliyev bu sevgidən xəbərsiz olduğunu deyib: "Elə şeyi mən bilmirəm. Xəbərim yox idi".

Prokuror qeyd edib ki, qız da ifadəsində öz razılığı ilə Mahir Quliyevlə qaçıb: "İfadəsində deyir ki, uzun müddət dayısıoğlu ilə telefonla danışıb. Bir birilərini sevib. Hətta qaçan zaman paltarlarını yığıb. Öz razılığı ilə gedib. Bax bizə maraqlıdır ki, sən niyə görə Mahir Quliyevi öldürübsən? 8 bıçaq vurmusan. Birini vuranda bəs eləmirdi?"

Təqsirləndirilən şəxs suallara cavab verməyib.

Prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi ölən şəxsin qardaşı Səxavət Quliyev ifadə verib: "Nurlan bacısının namusunu çəkən oğlan deyil. Onun bacısı əvvəllər başqa bir oğlanla telefonda danışıb. Bunu da Nurlan bilib. Amma heç nə etməyib. Əgər namus davası edirdisə, bacısının telefonda danışdığı oğlanı öldürərdi".

Hakim qeyd edib ki, ittiham üzrə danışın.

Səxavət Quliyev bildirib ki, maşın bazarında çalışır: "Maşın bazarında işləyirdim. Əmim zəng elədi ki, bu şərəfsiz Ağdamdan çıxıb Bakıya gəlib. Evə gəldim. Dedim ki, evə gəlsə birinci mən çıxaram, qardaşımla mübahisə eləməsinə qoymaram. Evdə oturmuşdum. Gördüm qapı döyüldü. Çıxdım evdən çölə. Gördüm bu gəlib. Dedi qardaşın lazımdı. Qardaşımın evdə olmadığını, hansı səbəbdən onu axtardığını soruşdum. Dedim ki, bacını qardaşım zorla gətirməyib, öz istəyi gəlib. Həm də biz qohum olduğumuzu yadına saldım. İki gənc birini sevib. Qohumuq axı həm də. Özü də qız qaçırmaq biz tərəfdə bir adətdir. Nurlan dedi ki, 10 dəqiqə qardaşını görüm gedim. Qardaşımı çağırdım. İnanmazdım belə bir şey eləyər. Atamın qəbrinə and içdi ki, heç nə olmayacaq. Körpünün altına getdilər. Qıraqda durmuşdum. Onlar söhbət elədilər. Vaqon vardı ora girdilər. Mahirlə dədəmin qəbrinə getdilər. Orda söhbəti çürütmək istədilər. Əmim də dəqiqədə bir zəng edib, ehtiyatlı olmamı deyirdi. Söhbətləri qurtardı. Nurlanı çəkdim qırağa. Dedim bax, söhbətini elədin, indi çıx get. Hətta cibimdən pul çıxardıb cibinə də basdım ki, birdən rayona qayıtmağa pulu olmaz. Dedim rayona çatan kimi mənə xəbər elə. Axşam 12-1 arası zəng elədim, dedi avtovağzaldayam, taksini gözləyirəm. Yatdım, səhər 7-8 arası zəng gəldi. Yoldaşım telefonu verdi. Nurlan idi. Dedi ki, get qardaşının meyitini qamışlıqdan götür".

Məhkəmə zamanı ölən Mahir Quliyevin anası Gözəl Quliyeva ifadə verib. O dindirilən zaman oğlunun qatilinə ömürlük cəza tələb edib: "Bunun bacısı zəng edib oğlumu çağırdı. Dedi ki, başqasına verirlər. İkisi də bir-birini seviblər. Oğlum gedib qızı gətirdi. Hadisədən 2 ay sonra bu gəlib. Oğlumu aldadıb evdən çıxardı. Səhər açılanda bu şərəfsiz oğlumu vəhşicəsinə öldürüb. Buna ömürlük həbs verin. Xahiş edirəm, 25 yaşlı oğlumu öldürdü, bu da çürüsün türmələrdə".

Səxavət Quliyevin həyat yoldaşı Gülnar Quliyeva isə ifadəsində bunları dedi: "Səhər saat 7-8 radələri idi. Yoldaşıma zəng gəldi. Telefonu yoldaşıma verdim. Nurlan Mahiri öldürdüyünü dedi. Tez qaçıb getdi".

Proses aprelin 25-i təyin edilib.

Qeyd edək ki, qətl keçən il sentyabrın 26-da Sabunçu rayonu Pirşaği qəsəbəsində baş verib.

21 yaşlı Nurlan Quliyev dayısı oğlu Mahir Quliyevi qəsəbədə yerləşən körpünün yaxınlığına çağırıb. Belə ki, M.Quliyev hadisədən bir həftə əvvəl evlənmək məqsədi ilə N.Quliyevin bacısını qaçırıb.

N.Quliyev körpünün üzərində dayısı oğlu ilə əvvəlcə mübahisə edib. Daha sonra o, M.Quliyevin ürək nahiyəsindən bıçaqla zərbə vurub və onu körpünün üzərindən aşağı yamaca doğru atıb. M.Quliyev oradaca dünyasını dəyişib.

Hüquq-mühafizə orqanları tərəfindən Nurlan Quliyev tutulub. On Cinayət Məcəlləsinin 120.2.4-cü( xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.

Xəbərlər     Baxılıb: 1680   Tarix: 21 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

Pivəni həddindən artıq içməyin ZİYANI

Son vaxtlar pivənin normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.  xəbər verir ki, həkimlərin sözlərinə görə, pivə az miqdarda qəbul edildikdə müəyyən hallarda cidd

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Gen terapiyası ilə çox yaşamaq mümkündür?

Dr. Syuell gen terapiyasını belə izah edir: "Problemin yaranmasına icazə verib sonra onun fəsadları ilə mübarizə aparmaq əvəzinə, problemin ən başdan yaranmasının qarşısını alırıq". Onun fikrincə, gen terapiyas

.

Gündə 1 stəkan içsəniz

Alimlər bildirirlər ki, hər gün bir stəkan süd içmək sağlamlığa müsbət təsir göstərə bilər.  bildirir ki, araşdırmalara görə, bu vərdiş insult riskini 10 faizə qədər azalda bilər. Araşdırma nəyi göstərib?. Yaponiyalı alimlə

.

Şokoladın gizli təhlükələri ortaya çıxdı

Son illərdə şokolad istehlakının artması mütəxəssisləri narahat edir. Qida üzrə ekspertlər bildirirlər ki, həddindən artıq şokolad yemək sağlamlıq üçün bir sıra mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, şokoladı

.

Bazarda 2 manata satılan bu möcüzə qaraciyəri yeniləyir

Torpağın altında gizlənən bu bənövşəyi möcüzə təkcə rəngi ilə deyil, elmi araşdırmalarla sübut olunmuş faydaları ilə sağlamlıq reseptlərinin əvəzolunmazına çevrilib.  xəbər verir ki, qidalanma mütəxəssisləri vurğulayırla

turlar.az

sade makiyaj sekilleri maskalar donlar 2026 vannalar zire yagi sac ucun yuxu yozmalar 2026 geyim kolleksiyasi kosmetika mikayıl abdullayev seksi hekaye janri bayati irem derici