DƏHŞƏT! Müəllimə öz sevgilisini belə hala saldı/ FOTO
Türkiyə Aksarayda bir sinif müəlliməsi B.Ə. evində (41) mübahisə etdiyi kapot ustası sevgilisi Arif B.ni (40) çiyinindən bıçaqlayıb girov alıb.
Metbuat.az türk mediasına istinadla xəbər verir ki, polis yanğınsöndürmə pilləkəni ilə mətbəx eyvanından girdiyi evdə girovu buraxmağa razı olmayan qadını bibər qazıyla zərərsizləşdirib Arif B.ni xilas edib.
Hadisə dünən axşam bir mənzilin 4-cü qatındakı mənzildə meydana gəlib. Bina sakinləri, bir məktəbdə baş müəllimə vəzifəsində işləyən B.E.nin evindən gələn səslər üzərinə polisə zəng edib. B.E.nin qapını açmaması üzərində polis, yanğınsöndürmə dəstələrindən kömək istəyib. Polis yanğınsöndürmə pilləkəni ilə eyvana çıxaraq açıq olan qapıdan evə girib.
Polis, B.E.nin çiyinindən bıçaqladığı Arif B.ni əlindəki bıçaqla girov götürdüyünü görüb.
Bir müddət B.E.ni inandırmağa çalışan polis, nəticə ala bilməyərək müəllimi bibər qazı sıxaraq təsirsiz hala gətirib. Xilas edilən Arif B, təcili tibbi yardım maşınıyla Aksaray Təhsil və Araşdırma Xəstəxanasına qaldırılaraq müalicə altına alınıb.
Nəzarətə alındıqdan sonra sağlamlıq nəzarətindən keçirilən B.Ə, jurnalistlərə, "mən bıçaqlamamışam. O, mənə bıçaq çəkdi. Yalan deyir. O, evimə zorla girdi. Həqiqətən, inanın mənə" deyib.
Psixoloji narahatlığı olduğu irəli sürülən B.Ə, müalicə üçün Konyaya göndərilib.
İstintaq davam edir.
f PaylaşKurslar.az kurslar