Dəhşətli qəzada həyatını itirən 40 yaşlı Elçinin xanımı FƏRYAD etdi: "Qapımızı heç kim döyməsin" - FOTOLAR
Xəbər verdiyimiz kimi, yanvarın 23-də saat 22 radələrində Xızı rayonunun Giləzi qəsəbəsində ağır yol qəzası baş verib. Bakı şəhər sakini Bəhməniyar Məmmədqasımovun idarə etdiyi "Mercedes" markalı avtomobili aşırtması nəticəsində özü və avtomobildə olan dostu 1976-ci il təvəllüdlü Elçin Qəhrəmanov dünyasını dəyişib.
Avtomobildə olan digər sərnişinlərdən 1979-cu il təvəllüdlü Allahyarov Eldəniz Eldar oğlu, 1964-cü ildə anadan olmuş Nəzərov Əfqan Mirzə oğlu, 1992-ci il təvəllüdlü Asim Çingiz oğlu dərhal Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çatdırılıb.
Qadinsayti.az-ın əldə etdiyi məlumata görə, hadisə baş verən günü avtomobili idarə edən şəxs- Bəhməniyar Məmmədqasımov Xızıya yaxın dostlarının ad günü mərasiminə gedirmiş. Avtomobildə dünyasını dəyişən Elçin Qəhrəmanovun yaxınlarının bildirdiyinə görə, dəhşətli qəzadan onlar gec xəbərdar olublar:
"Sürücü sərxoş olduğundan idarəetməni itirib və maşını aşırıb. Elçin arxa oturacaqda oturub, yaxın dostları ilə birlikdə digər dostunun ad gününə gedirmiş. Ağlamıza da gəlməzdi ki, onu belə vaxtsız itirə bilərik. 2 oğul atasıdır, amma, böyüyün 8, digər uşağın isə 5 yaşı var. Hazırda uşaqlar atasının ölümündən xəbərsizdir. Onları nənəsigilə aparıblar. Həyat yoldaşı hələ də şokdadır, ərinin ölümünə inana bilmir. Çox çətinliklə də olsa uşaqları üçün rahat həyat qurmağa çalışırdı. Nə yazıq ki, yolun sonuna çata bilmədi... "
HƏYAT YOLDAŞININ FƏRYADI:
"Uşaqlarım hər qapı döyülən atamdır deyib, qaçırdılar. Artıq heç kim qapımızı döyməsin. Mən onlara verəcək cavab tapa bilmirəm. Onsuz mənə çox çətindir, hər şey, hətta, həyat da..."
Qeyd edək ki, hadisə ilə bağlı Xızı RPŞ tərəfindən araşdırma aparılır.
ŞAHİDƏ TAPDIQ













Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Zaur Kamal yenidən efirə qayıdır? - ARB TV-dən açıqlama
Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir
Bu dövrdə qadının gözəlliyi kapitala çevrilib' - Nura
Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər
Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir
Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir
Rusiyada qazaxıstanlı reperə cinayət işi açıldı
Rihanna müəlliminə ev aldı
Məzarı açıb ölən modelin başını oğurladılar
Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?