Demensiya nədir və hansı əlamətləri var? - Həkim yazır
Demensiya əslində bir xəstəlik deyil, bu bir simptomlar qrupudur. Demensiya davranış dəyişiklikləri və zehni qabiliyyətin itirilməsini bildirən ümumi bir termindir.
Bu azalma, o cümlədən yaddaş itkisi və düşüncə və dil ilə bağlı çətinliklər gündəlik həyatımızı poza biləcək qədər şiddətli ola bilər. Alzheimer xəstəliyi ən məhşur və ən çox yayılan demensiya növüdür.
Alzheimer və demensiya
Çox insanlar Alzeimer xəstəliyi və demensiya terminlərini bir-birini əvəz edir, lakin bu doğru deyil. Alzheimer xəstəliyi demensiyanın ən çox yayılmış forması olsa da, demensiyalı hər kəs Alzheimer deyil.
Demensiya insanın ünsiyyət və gündəlik fəaliyyətlərini yerinə yetirmə qabiliyyətlərinə təsir edən bir xəstəlikdir.
Alzheimer xəstəliyi insanın düşünmək, yadda saxlamaq və dillə ünsiyyət qurmaq qabiliyyətinə təsir göstərən demensiyanın bir növüdür.
Demensiyanın ümumi simptomları və ilkin əlamətləri hansılardır?
Demensiyanın ümumi əlamətlərinə və simptomlarına aşağıdakılar daxildir:
yaddaş
əlaqə
dil
diqqət
əsaslandırma
vizual qavrama
Demensiyanın ilk əlamətlərinə isə aşağıdakılar daxildir:
qısamüddətli yaddaşın itirilməsi
xüsusi sözləri xatırlamaqda çətinlik
əşyaları itirmək
adları unutmaq
yemək bişirmək və maşın sürmək kimi bildikləri işləri yerinə yetirərkən çətinlik çəkmə
mühakimə qabiliyyətinin aşağı düşməsi
əhval-ruhiyyə dəyişikliyi
tanış olmayan mühitdə qarışıqlıq və ya oriyentasiyanın pozulması
paranoya
eyni anda bir neçə tapşırığı yerinə yetirə bilməməsi
Demensiyanın müxtəlif növləri hansılardır?
Demensiya beyində yaddaş itkisinə səbəb olan ciddi dəyişiklikləri təsvir etmək üçün istifadə olunan bir termindir. Bu dəyişikliklər həmçinuin insanların əsas gündəlik işlərini yerinə yetirməsini çətinləşdirir. Əksər insanlarda demensiya davranış və şəxsiyyət dəyişikliklərinə səbəb olur.
Demensiya beynin üç sahəsinə təsir göstərir:
Nevroloq Sevinc Mir Seyid
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi