Depressiyanın müalicəsində İNQİLABİ YENİLİK

Depressiyanın müalicəsində İNQİLABİ YENİLİKElektroensefaloqrafiya depressiyanın müalicəsində nə qədər effektivdir?
Depressiya hazırda ən çox rast gəlinən psixi pozğunluqdur. Travmatik vəziyyət, uzunmüddətli stress, narkotik maddələrdən istifadə və digər səbəblər depressiyaya yol aça bilər. Hətta günəş işığının olmaması da depressiv vəziyyətə gətirib çıxarır.
Milli.Az xəbər verir ki, elektroensefaloqrafiya ilə depressiyanın müalicəsində effektiv nəticələr əldə ediləcəyi açıqlanıb.
Depressiya əhval-ruhiyyənin, bədən tonusunun aşağı düşməsi, fiziki cəhətdən zəiflik və zehni pozğunluq şəklində özünü göstərir. Eyni zamanda digər pozğunluqların gedişini pisləşdirə və geri dönməz nəticələrə səbəb ola bilər. Problem ondadır ki, bəzi pasientlər müxtəlif vəziyyətlərdə mütəxəssis yardımına ehtiyac duymur. Çevrəsinin qınaqları depressiv əhvalı-ruhiyyəni daha da dərinləşdirir. Psixoloji dəstəyin olmaması nəticəsində xəstə ikinci dərəcəli pozğunluqların inkişaf mərhələsində olduqda müalicə təyin olunur.
Biokimya baxımından depressiya
Kimyəvi səviyyədə depressiya bütöv molekulyar dəstədir. Bu, eyni zamanda melaton, adrenalin və norepinefrinin artması ilə serotonin, dopamin və endorfinin kəskin çatışmazlığıdır. Zəruri siqnalları beyinə ötürmək üçün cavabdeh olan neyrotransmitterlərin olmaması səbəbindən lazımi hormonlar "ifraz olunmur". Bədən "qənaət" vəziyyətinə keçir. Molekulyar zərərin bərpası XX əsrin ortalarından bəri istifadə olunan sedativ inhibitor qrup dərmanlarla edilə bilər. Problem ondadır ki, depressiyanın və əlavə simptomların müalicəsində əks təsirləri qiymətləndirmək çox çətindir. Sakitləşdirici inhibitorlar qrupunda bir çox dərman var və düzgün birini tapmaq həmişə çətindir. Hətta klinik sınaqlarda da effektivlik yüksək olmayıb və bəzi hallarda plasebo effektindən yüksək deyil. Dərman sadəcə uyğun gəlməyə bilər.
Bu vəziyyətdən çıxış yolu - müəyyən dərman terapiyasının təsirinin olub olmadığını əvvəlcədən bilməkdir. Bunu etmək üçün dərmanın beynə təsir gücünü öyrənməlisiniz. Amerikalı elm adamları depressiyanın antidepresantlarla (xüsusən də sertralin) beynin istirahət fəaliyyətinə əsaslanaraq təsirini proqnozlaşdıran bir sxem hazırlayıb.
Bunun üçün tədqiqatda müəyyən səviyyəli depressiv pozğunluğu olan 309 xəstəyə elektroansefaloqrafiya (EEQ) tətbiq olunub. İştirakçılar 2 qrupa bölünüb, onlardan biri antidepresant, digəri isə plasebo qəbul edib. Beyin fəaliyyətinin EEQ göstəriciləri kursdan əvvəl və sonra qeydə alınıb. Tədqiqat zamanı mütəxəssislər dərman vasitəsinin effektivliyini təyin etmək üçün alqoritm proqramı hazırlayıb. Yaradılmış reqressiya modelindən istifadə edərək alqoritm beynin istirahət fəaliyyətində müalicə səmərəliliyi arasındakı əlaqəni təcrid etməyə imkan verib. Antidepresant terapiyası alan qrup alfa dalğasında aktivlik göstərib. Bu da terapiyanın effektivliyini təsdiq edib. Plasebo qrupunda isə təsir aşkar edilməyib.
Təcrübənin dəqiqliyi üçün daha 100 xəstə sınaqdan keçirilib. Və bu vəziyyətdə, EEQ istifadə edərək sertralin ilə depressiyanın müalicəsində mümkün olan effektivliyi təxmin etmək mümkün olub.
Bu elmi kəşf depressiyanın müalicəsində nə qədər effektivdir?
Əvvəlcə EEQ əsasında dərman müalicəsinin mümkün effektivliyinin sadə və əlverişli təhlili hazırlanıb. İkincisi, əlaqə olaraq ayrı sinir mexanizmi - alfa dalğasında beynin istirahəti zamanı fəaliyyəti araşdırılıb. Bu, depressiya üçün digər müalicələri uğurla qiymətləndirməyə imkan verir. Ən əsası psixoterapiyanın köməyi ilə depressiyanın müalicəsinin effektivliyini EEQ-nin köməyi ilə uğurla qiymətləndirmək mümkündür. Üstəlik, hansının daha effektiv olacağını proqnozlaşdırmaq tamamilə mümkündür - psixoterapiya və ya dərman müalicəsi.
Məlumat üçün bildirək ki, elektroensefaloqrafiya və ya EEQ - baş beynin summar elektrik aktivliyini qeydə almaq və qiymətləndirmək üçün istifadə olunan nevroloji müayinə metodudur. Baş beynin elektrik aktivliyi çox aşağı olduğuna görə, onu qeydə almaq üçün eletroensefaloqraf adlandırılan xüsusi yüksək həssaslığa malik qurğulardan və gücləndiricilərdən istifadə olunur. EEQ daha çox epilepsiya xəstəliyinin diaqnozunun qoyulmasında istifadə olunur. EEQ bəzi hallarda komalar, beyin ölümü, yuxu pozulmalarının, ensefalopatiyaların diaqnostikasında istifadə olunur. Rutin EEQ çəkilməsi 20-30 dəqiqə davam edir. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1178   Tarix: 08 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

maskalar gözəllik məhsulları makiyaj etmek qaydalari hamilelikde qidalanma dirnaq pilkalamaq 2026 hicab həzm orqanları kosmetika toy gecesı itburnu meseller öpüşme statuslar