Deputatdan ŞOK AÇIQLAMA - "Sosial şəbəkələrdə intihara çağırış edən səhifələr açılıb"

Deputatdan ŞOK AÇIQLAMA - "Sosial şəbəkələrdə intihara çağırış edən səhifələr açılıb""Onun intihar xəbərini eşidəndə çox pis oldum. Çox savadlı oğlan idi. Allah rəhmət etsin".

Milli Məclisin deputatı Çingiz Qənizadə azərbaycanlı psixoloq Dəyanət Rzayevin intihar etməsi xəbərinə münasibət bildirib. Deputat Sonxeber.az-a açıqlamasında D.Rzayevi tanıdığını və onun intiharına təəssüfləndiyini dilə gətirib:

"Əvvəla onun intihar xəbərini eşidəndə çox pis oldum. Çox savadlı bir oğlan idi. Allah rəhmət etsin. Allah əzizlərinə səbr versin. Elə bir dövrdə, elə bir zamanda yaşayırıq ki, informasiyanın yayılmaması qeyri-mümkündür. Psixoloq da adi insandır. Nə olsun o özünün elmi biliklərini ifadə edirdi, insanlara çatdırırdı...Amma o da bir depresiyaya düşə bilər, o da bir qəza, xəta törədə bilər, intihar edə bilər. Yəni mən belə hesab edirəm ki, bu intiharın səbəbi daha çox yəqin ki, o hansısa bir formada maddi və yaxud ailə daxili məsələləri ilə bağlı ola bilər. İnsan son həddə çata bilər. Əvvəla intiharı təbii ki, heç kəs müsbət dəyərləndirə bilməz, olmalı deyil. Dini baxımdan, həm hüquqi baxımdan bu yola əl atmaq, düzgün deyil. Amma bu hadisə baş verib və Allah rəhmət eləsin və bütün intiharların içərisində ailədaxili münasibətlər və maddi münasibətlər durur. Bu iki faktlar həmişə yüksəkdir".

"Bir az əvvəl eşitdim ki, sosial şəbəkələrdə intihara çağırışlar edən müəyyən səhifələr də açılıb".

Deputat bildirib ki, bu çağırışları edənlər məsuliyyətə cəlb olunmalıdır:

"Təəssüf edirəm ki, Azərbaycanda intiharların sayı artıb. Hər gün sosial şəbəkələrdə kiminsə intihar etdiyini oxuyub məlumatlanırıq. Buna görə də intiharlarla bağlı xüsusi müzakirə aparılmalıdır. Maarifləndirmə işləri aparılmalı, telekanallarda psixoloji vəziyyəti sağlamlaşdıracaq əxlaqi dəyərləri yüksəldəcək verlişlərin sayının artırılmasına ehtiyac var. Bu cür hadisələrin təbliğ edilməsi digər insanları da intihar haqda düşünməyə vadar edir. Hətta mən bir az əvvəl eşitdim ki, sosial şəbəkələrdə intihara çağırışlar edən, onu dəstəkləyən müəyyən səhifələr də açılıb. Televiziyada bunu göstəriblər. Bu çağırışların qarşısını almalı və qətiyyəytlə onlarla mübarizə aparmalıyıq. İntihara çağırış edənlər məsuliyyətə cəlb olunmalıdır. Onların səhifələri dərhal bağlanmalıdır. Əks halda gənclər, zəif iradəli insanlar da bu cür yazıları oxuyub, depressiyaya düşə və intihara cəhd edə bilərlər".

Şahidə Tapdıq

Xəbərlər     Baxılıb: 1575   Tarix: 26 yanvar 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI

Çörək seçimi yalnız dad məsələsi deyil. Gündəlik qida rasionumuzun ayrılmaz hissəsi olan çörək düzgün seçildikdə sağlamlıq üçün də faydalı ola bilər. Bəs, hansı daha sağlamdır, tam buğda, yoxsa çovdar? . xəbər verir ki, dietoloqla

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

turlar.az

geymler 2026 toy gecesi adlarin menasi viruslar sandal ayaqqabilar badam kokteyllər kosmetika haxisda naz mila sağlamlıq novruz hakistasi novruz hakısdası