Dəri ləkələrindən evdə qurtulun - Kosmetoloqa gərək qalmayacaq!

Dəri ləkələrindən evdə qurtulun - Kosmetoloqa gərək qalmayacaq!Bir çoxları üzündəki ləkələr səbəbindən özünü narahat hiss edir. Bu ləkələri də marketdən və aptekdən tonlarla pul verib aldığımız dəriyə qulluq məhsullarıyla aparmağa çalışırıq. Lakin bu məhsullar dərimiz üçün zərərli olmaqla yanaşı, quruluğa da səbəb ola bilər. Bu probleminizi evinizdə olan təbii baxım məhsullarıyla həll edə bilərsiniz. Qadinsayti.az Aile.lent.az-a istinadən dəri ləkələrinə qarşı istifadə edə biləcəyiniz təbii vasitələrlə sizi tanış edir.
Aloe vera
Aloe vera yarpağındakı gel ləkələri yaxşılaşdıran və dərini yeniləyən hüceyrələr istehsal edən polisaxarit anbarıdır. Yeganə edəcəyiniz bitkinin yarpağından bir parça qoparıb üstündəki geli ləkəli bölgəyə sürtmək və quruduqdan sonra durulamaqdır.
Xiyar
Xiyarın dərini yaxşılaşdırmağa yarayan bir çox faydası var. Bu tərəvəz qanamanın qarşısını ala və damarları yığmaq təsiri baxımından ləkələri və yaraları da təmizləyə bilər. Xiyar C vitamini və antioksidan ehtiva etdiyi üçün infeksiyaları azaltmağa da kömək olur. Bundan başqa xiyar dərinin toxumasını gözəlləşdirir. Ləkələri yox etmək üçün sadəcə olaraq xiyarın qabıqlarını soyub blenderdən keçirdikdən sonra pambığın köməyi ilə üzünüzə sürtün.
Calamine losyonu
Üzdə sızanaq çıxmasının səbəbi dəridə yığılan yağdır. Calamine losyonu artıq yağı bədəninizdən çıxararaq dərinizi ləkəsiz edər. Mümkün qədər tez bir şəkildə losyonu üzünüzə və ya ləkənin olduğu yerə sürtün.
Üzüm çəyirdəyi
Üzüm çəyirdəyi özü mikroblara qarşı güclü bir dezinfektandır. Sürətli bir inkişaf görmək üçün 110 qr suyun içinə 4-40 qram çəyirdək tökün və ləkəli yerə tətbiq edin.
Kök
Üzünüzdəki ləkələrə əzilmiş və ya suyu sıxılmış kök sürtsəniz, dərhal təmizləyəcək. Üzünüzlə yanaşı, bütün bədəninizi da təmizləmək üçün bir stəkanın yarısına kök suyu, 1/3-ə su və qalan qisminə çuğundur suyu əlavə edin. Bu qarışım həm də qaraciyər funksiyalarını hərəkətə gətirər.
Sarımsaq
Sarımsağın sağlamlığa bir çox faydası olduğu üçün ləkələrlə mübarizədə də faydalı olması təəccüblü deyil. Sarımsağı götürüb üzünüzdə sızanağın olduğu yerə sürtün və sızanaq yox olacaq.
Limon suyu
Limon suyu üzünüzdəki artıq yağın aradan qaldırılmasında, bakteriyaların öldürülməsində və qara nöqtələrin yox edilməsində təsirlidir. Üzə tətbiq olunan təzə sıxılmış limon suyu, məsamələrinizin təmizlənməsinə kömək olar. Limon suyunu bal və zərdəçalla qarışdıraraq da üzünüzü gündəlik olaraq təmizləməkdə istifadə edə bilərsiniz.
Pomidor suyu
Pomidorun qabıqlarını soyaraq püre halına gətirib, hər gün üzünüzə masaj edərək tətbiq edin və 10-15 dəqiqə üzünüzdə saxlayın. Sonra üzünüzü soyuq suyla yuyun. Bu, ləkələrin təmizlənməsində təsirli bir üsuldur. Bu, pomidorun damarları sıxma gücünə malik olması, C vitamini və bol antioksidan ehtiva etməsindən qaynaqlanır.
Kartof
Kartofda olan nişasta ləkələri meydana gətirən piqmentlərin yaranmasının qarşısını alır. Üzünüzə çiy kartof və ya kartof suyu sürtmək dərinizi gözəlləşdirəcək. Eyni zamanda göz altındakı bənövşəyi ləkə və torların aradan qaldırılmasında da təsirli olacaq.
Portağal qabığı
C vitamini və antioksidan ehtiva etdiyi üçün dərinin gözəl görünməsini təmin edir. Qabıqlar həmçinin üzünüzdəki ləkə və sızanaqları də təmizləyər. Qabıqları doğrayıb suyla qarışdıraraq özünüzə təbii bir dəri məhsulu hazırlaya bilərsiniz. Portağal qabıqlarını bal və sadə qatıqla qarışdırıb, həftədə bir neçə dəfə üzünüzə sürtün, bunun dərinizin hamar olmasına böyük faydası olacaq.

Gözəllik və Moda     Baxılıb: 9820   Tarix: 25 iyun 2016
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin "standart"ı varmı?

Son zamanlar Azərbaycanda sanki bir gözəllik "bumu" yaşanır. Kimin əlinı bir balaca pul keçirsə, gözünü dartdırır və ya dodaqlarını şişirdir. Burunlar da eyni cərrahın əlindən çıxdığı üçün hamı bir-birinə bənzəyir

.

Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal

Baxımlı görünmək hər zaman bahalı geyimlər, çoxsaylı kosmetik vasitələr və ya hər gün gözəllik salonuna getmək demək deyil. Bəzən qadının ümumi görünüşünü dəyişən çox kiçik detallar olur. Təmiz və səliqəli saç, baxımlı əllər

.

Sizi cavan göstərəcək makiyaj sirləri

Həddindən artıq yorğunluq və keyfiyyətli yuxunun olmaması görünüşünüzə mənfi təsir göstərərək, yaşınıza bir neçə il əlavə edə bilər. Bununla belə, makiyajdan düzgün istifadə üzünüzü əhəmiyyətli dərəcədə cavanlaşdıra bilər

.

Makiyajın uzun müddət qalması üçün məsləhətlər

Makiyajın uzun müddət qalması üçün bir neçə əsas məsləhətə riayət etmək faydalıdır. Bu, yalnız görünüşü gözəl saxlamaqla yanaşı, tətbiq olunan məhsulların da dəridə daha uzun müddət təsirli olmasına kömək edir. İlk növbədə

.

"Çılpaq" göz makiyajı əsas gözəllik trendinə kimin sayəsində çevrildi?

Hər bir dəb cərəyanı populyarlıq səviyyəsindən asılı olmayaraq, həmişə eyni dərəcədə layiqli alternativə ehtiyac duyur. Məsələn, təkcə milyonlarla TikTok istifadəçisinin yox, Heyli Biberin də sınadığı sensasion latte makiyajı

.

Hər qadının bilməli olduğu 3 saç düzümü

Bəzən yaz havası xoşagəlməz sürprizlər edə bilər, məsələn, qəfil başlayan yağış. Belə havalarda bir çox qadın saçlarının formasını qoruyacaq və dağılmayacaq düzgün saç düzümünün hansılar olduğunu bilmir. Beləliklə, "Instagram"

.

Niyə italyan qadınları bu qədər cəlbedicidirlər?

İtalyan qadınlarının gözəlliyinin sirri sehrli vasitələrdə deyil, gündəlik vərdişlərdədir. Düzgün qidalanma, təbii dəriyə qulluq, özünə sevgi və həyatdan zövq almaq qabiliyyəti onlara illərlə qadınlıqlarını qorumağa kömə

.

Göz altındakı qara halqalar necə gizlədilir? - İPUCLARI

Göz altındakı qara halqalar bir çox insana tanışdır. Yuxu rejiminə əməl etməyə çalışsanız da, istirahətinizə mane olan amillər həmişə tapılır. Hətta bəzi günlərdə səkkiz saatlıq yuxu belə vəziyyəti düzəltmir – qara halqala

.

XIX əsrdə qadınların gözəllik üçün istifadə etdiyi təhlükəli üsullar

XIX əsrdə qadınlar gözəl görünmək üçün müxtəlif üsullardan istifadə edirdilər, lakin həmin dövrdə kosmetikanın tərkibi bu günlə müqayisədə xeyli təhlükəli idi. Elmi biliklərin kifayət qədər inkişaf etməməsi səbəbindən bi

turlar.az

qaşların formalari geyim dəbləri hamilelikde qidalanma sanamalar haxışta sözləri öpüşmək içki reseptləri kosmetika tanisliq vetene aid bayati sağlamlığın sirleri vətənə aid bayatılar qurd ve quzu