Dəridə çillər və piqment ləkələrinin əmələ gəlmə səbəbləri

Dəridə çillər və piqment ləkələrinin əmələ gəlmə səbəbləriÇillər yaz aylarında, günəş şüalarının təsiri altında üzdə, sinədə, kürəkdə və yuxarı ətraflarda dəri üzərində əmələ gəlir.
Bütün yay ayları ərzində dəridə qalan bu çillər payız və qış aylarında tədricən solurlar (bəzən isə tamamilə yox olurlar).
Çillər, adətən, saçları kürən (sarı-qırmızı) və açıq rəngdə olan insanlarda daha tez-tez təsadüf edilir.
Çillər bir cox qadınlara xüsusi gözəllik verir. Buna baxmayaraq siz bu çillərdən qurtulmaq istəyirsinizsə, bizim məsləhətlərlə tanış olun.
Təəssüf ki, çillərdən tamamilə qurtulmaq mümkün deyil. Xüsusi krem və maskalardan istifadə etməklə (bu barədə aşağıda oxuya bilərsiniz) onları yalnız bir qədər şəffaflaşdırmaq (ağartmaq) və daha az nəzərəçarpan etmək olar.
Piqment ləkələri əksər hallarda böyük ölçülərdə olaraq heç kimə cazibə vermir. Piqment ləkələrinin əmələ gəlməsinin əsas səbəblərindən biri günəş şüalarıdır. Xüsusilə açıq rəngdə olan dəri günəş şüalarına qarşı daha həssas olur. Dəridə melanin ifraz edən melanosit hüceyrələri mövcuddur. Məhz bu hüceyrələr dərini yanmaqdan qoruyur. İnsan günəş şüaları altında nə qədər uzun müddət ərzində qalır, melanosit hüceyrələri daha çox melanin ifraz edir və nəticədə dəri daha çox qaralır. Bəzən dəridəki melanosit hüceyrələr melanin maddəsini qeyri-bərabər və lazım olduğundan daha çox ifraz edirlər. Bunun nəticəsində isə dərinin qaralması bərabər şəkildə olmaq əvəzinə, onun üzərində bir sıra tünd ləkələr əmələ gəlir. Xoşagəlməz nəticələrdən uzaq olmaq üçün günəş şüaları altında düzgün qaralmaq qaydalarını bilmək lazımdır.
Üz, boyun, qol, çiyin nahiyələrinin dərisi daha çox hallarda "yanmalara" məruz qalır. Buna görə də bu sahələrin dərisinə yayda günəşdən qoruyucu kremlər sürtmək lazımdır. Yadda saxlayın ki, sağlam şəkildə qaralmaq üçün yalnız kölgəlikdə, tentin (günəşdən qoruyucu çətir) altında günəş vannaları almaq lazımdır. Günorta saatlarında açıq günəş şüaları altında qaralmağa cəhd edən kimi, dərinin "yanması" baş verir ki, bu da hətta bir çox illərdən sonra da dəridə piqment ləkələrin əmələ gəlməsinə səbəb ola bilər.
Piqment ləkələrin əmələ gəlməsinin əsas səbəbi günəş şüalarının təsirinə artıq dərəcədə məruz qalmaqdır. Lakin onların digər səbəbləri də vardır: hormonal dəyişikliklər, streslər, orqanizmdə yaşa uyğun olan dəyişikliklər, dərinin düzgün təmizlənməməsi, vitamin B12 çatışmazlığı, kosmetik pilinqlərdən çox istifadə edilməsi,  dəriyə qulluq edilməsində zərərli vasitələrdən istifadə edilməsi, uzun müddət kontraseptiv həblərdən, antibiotiklərdən və vitamin A-dan istifadə edilməsi, genetik meyllilik (bəzi adamlarda dərinin istənilən travmatik zədələnməsi, donması, yanması və ya sadə sızanağın olması da piqment ləkələrin əmələ gəlməsinə səbəb olur) və s. Əksər hallarda piqment ləkələri hamiləlik vaxtı da əmələ gəlir. Bu ləkələrlə (xloazmalar) mübarizə aparmaq lazım deyil. Onları sadəcə olaraq günəş şüalarının təsirindən qorumaq lazımdır. Doğuşdan sonra bədənin hormonal fonu sabitləşdiyi üçün bu ləkələr də ən çoxu 1 il ərzində keçib gedir.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1676   Tarix: 09 yanvar 2023
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

turlar.az

kosmetika mehsullari qadin sayti donlar 2026 kaktusa qulluq aliment almaq allergiya dirnaq manikuru kosmetika maraqli hakistalar orqazm kəlamlar masturbasiya nedir atalar sozleri