Dərin və sağlam yuxu üçün təbii həll: Aşvaqanda

Dərin və sağlam yuxu üçün təbii həll: AşvaqandaModern həyatın sürətli tempi bir çox insanın keyfiyyətli yuxu almasına mane olur. Bir çox insan bu problemin həllini yan təsirləri ola bilən sintetik yuxu dərmanlarında axtarır. Son illərdə isə sağlamlıq dünyası bu problemin həllini min illərdir istifadə olunan qədim bir bitkidə - Aşvaqanda-da tapıb.
Milli.Az xəbər verir ki, Aşvaqanda (digər adı ilə Hindistan Jenşeni) Hindistan, Afrika və Avropanın bəzi yerlərində yetişən və min illərdir Ayurvedik təbabətdə istifadə olunan bir bitkidir. Bədənin stresə qarşı müqavimətini artıran və həm fiziki, həm də zehni rahatlıq bəxş edən güclü bir "adaptogen"dir.
Aşvaqanda yuxu keyfiyyətini necə artırır?
Sintetik dərmanlardan fərqli olaraq, Aşvaqanda bədəni məcburən yuxuya salmır, yuxuya keçid üçün lazım olan təbii biokimyəvi mühiti hazırlayır:
Beyindəki aşırı aktivliyi və "zehni səs-küyü" azaldaraq, beynin daha sakit bir hala keçməsinə kömək edir.
Yuxusuzluğun əsas səbəbi olan kortizol hormonunun səviyyəsini tarazlayır. Axşam saatlarında kortizolun təbii yolla azalması yuxuya keçidi sürətləndirir.
Yaddaşı və diqqəti gücləndirir.
Xroniki yorğunluğu azaldır və enerjini artırır.
Əzələ gücünü və fiziki dözümlülüyü artırır.
Anksiyete (həyəcan) və depressiya əlamətlərini yüngülləşdirməyə kömək edir.
İstifadə zamanı diqqət edilməli olanlar:
Hər hansı bir əlavə istifadə etməzdən əvvəl mütləq həkiminizlə məsləhətləşin.
Adətən gündəlik 500-600 mq arası dozaj tövsiyə olunur.
Təsirini görmək üçün orta hesabla 8 həftəlik istifadə tövsiyə edilir, lakin uzunmüddətli, fasiləsiz istifadəsi hələ tam araşdırılmayıb.
Kimlərə olmaz? Hamilələr, süd verən analar, qalxanabənzər vəzi (tiroid) xəstələri, prostat xəstələri və otoimmün xəstəliyi olanlar bu bitkidən istifadə etməməlidirlər. Çünki bu bitki bəzi dərmanlarla reaksiyaya girə bilər.
Bu məlumatlar yalnız məlumatlandırma xarakterlidir və həkim məsləhəti əvəz etmir. Sağlamlığınızla bağlı hər hansı bir addım atmadan əvvəl mütəxəssisə müraciət edin.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Xəbərlər     Baxılıb: 1065   Tarix: 24 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

turlar.az

hamilelikde qidalanma geyim dəbləri sade makiyaj sekilleri faydalı məlumat usaq otagi dizaynlari əməliyyatlar badimcan tursusu hazirlanmasi kosmetika klitor bedii edebiyyat burcler haqqinda hekaye janri ariqlamaq