Dərin yuxu yaddaşı möhkəmləndirir – maraqlı kəşf
Berlin Çarite Universitetinin Neyrofiziologiya İnstitutunun tədqiqatçısı Franz Xaver Mittermeier, Nature Communications jurnalında dərc olunan araşdırmasında araşdırmada dərin yuxunun yaddaşın möhkəmlənməsinə kömək etdiyini izah edib.
Milli.Az-ın məlumatına görə, bu araşdırma üçün Mittermeier və onun komandası 45 tədqiqat iştirakçısından götürülmüş bütöv neokorteks toxumasının - beyin qabığının bir hissəsi olan nümunələrdən istifadə edib.
"Neokorteks beynin ən xarici hissəsidir. Beynin şəklini gördüyümüz zaman qoz formalı səth olan neokorteksə baxırıq. 16 milyard neyron (elektrik aktiv beyin hüceyrələri) olan bir quruluşdur. Neokorteks insanlarda əhəmiyyətli dərəcədə böyüyür və bizi insan edən idrak qabiliyyətlərinin inkişafında mərkəzi rol oynayır: dil, təxəyyül, yaddaş, emosiyalar və s.", - deyə alim izah edib.
Tədqiqat daxilində alimlər müəyyən ediblər ki, dərin yuxu zamanı beyində yaranan yavaş elektrik dalğaları neokorteksdəki neyronlar arasında sinaptik əlaqələri gücləndirməyə kömək edir və yaddaşın formalaşmasına daha həssas edir.
Onun sözlərinə görə, bu şərtlər neokorteksdəki çoxminlərlə neyronların elektrik gərginliyindəki sinxron dəyişikliklərdən yaranır. /lent.az
Milli.Az









Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi