Dərini təmizləyən - qış maskası

Dərini təmizləyən - qış maskasıQara çay və onun faydaları uzun illərdir ki, mütəxəssislər tərəfindən sübut olunub. Qara çay dəri baxımı və hətta saç baxımında da istifadə edilir.

Müasir qadınlar gözəlliyini və gəncliyini təbii vasitələrin və bitkilərin köməyilə qoruyub saxlamağa çalışır. Qara çay hər kəsin evində olduğu üçün bu baxımdan çox əlverişlidir.
Qara çay pilinqi dərini ölü hüceyrələrdən təmizləyir, çirklə dolmuş məsamələri təmizləyir və dərinin yenilənməsinə yardım edir.

Pilinq etmək üçün bahalı gözəllik mərkəzinə getmək məcburiyyətində deyilsiniz. Evdə olan ərzaqlardan dərinizə uyğun olanı seçib istifadə edərək pilinqi özünüz də hazırlaya bilərsiniz.

Qara çay B2 vitamini, C və E vitamini, maqnezium, kalium, sink və kofein ehtiva etdiyi üçün dəri ağardıcı təsirə malikdir. Bir sözlə, bu pilinqi tətbiq etməklə qara nöqtə, sızanaq və dəri ləkələrindən qurtulub, yenidən parlaq və sağlam bir dəriyə qovuşacaqsınız.

Qara çay maskası üçün lazımi ərzaqlar:

1 yemək qaşığı qara çay,
1/4 stəkan qaynar su,
1 xörək qaşığı bal
1 çay qaşığı limon suyu

Hazırlanması:

Əvvəl isti suyu çayın üzərinə tökün və 2-3 dəqiqə dəm almasını gözləyin. Sonra suyunu başqa bir qaba tökün. Çay dənələrinin içinə balı və limonu əlavə edin və qarışdırın.

Bir az duru olduğu üçün, üzünüzə tətbiq etməzdən əvvəl diqqətli olun. Gözləri çıxmaq şərtilə bütün üzə çəkin. Kənarda qalmış çay suyunu gözlərə kompres etmək olar. Bununla həm göz ətrafındakı dərini yeniləyəcəksiniz, həm də göz ətrafı şişləri aradan qaldırmış olacaqsınız. Üzdə 5 dəqiqə saxladıqdan sonra dairəvi hərəkətlərlə masaj edərək maskanı təmizləməyə başlayın və ilıq su ilə yuyun. Üzünüzü yuduqdan sonra nəmləndirici krem çəkməyi də unutmayın.atv.az

Gözəllik və Moda     Baxılıb: 3093   Tarix: 27 yanvar 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

2025-in yaz aylarında makiyaj trendi

Bahar – dəyişiklik və eksperimentlər vaxtıdır. 2025-ci ilin yazında əsas diqqət minimalizmə yönəlir: sağlam və təravətli dəri görünüşü ön plandadır. Lakin gözlərdə və ya dodaqlarda istifadə olunan parlaq rənglər obrazınız

.

Kosmetik məhsullarda olan spirt dərini qurudur?

Kosmetik məhsulların tərkibində spirt olması mübahisəli məsələdir. Buna görə də çoxları tərkibində spirt olan məhsullardan imtina etməyə çalışır. Əgər etil spirtdən söhbət gedirsə, bu, kifayət qədər doğru bir qərardır. Yağl

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

"Çılpaq" göz makiyajı əsas gözəllik trendinə kimin sayəsində çevrildi?

Hər bir dəb cərəyanı populyarlıq səviyyəsindən asılı olmayaraq, həmişə eyni dərəcədə layiqli alternativə ehtiyac duyur. Məsələn, təkcə milyonlarla TikTok istifadəçisinin yox, Heyli Biberin də sınadığı sensasion latte makiyajı

.

Qadınlar və ideal gözəllik standartları

İdeal gözəllik standartları zamanla dəyişsə də, hər dövrdə qadınların gözəlliklərinə dair müəyyən gözləntilər mövcud olub. Bu gözləntilər, cəmiyyətin və mədəniyyətin tələbləri, media təsiri və sosial strukturların yaratdığ

.

Makiyajın uzun müddət qalması üçün məsləhətlər

Makiyajın uzun müddət qalması üçün bir neçə əsas məsləhətə riayət etmək faydalıdır. Bu, yalnız görünüşü gözəl saxlamaqla yanaşı, tətbiq olunan məhsulların da dəridə daha uzun müddət təsirli olmasına kömək edir. İlk növbədə

.

Saçların tez-tez yağlanmasının 5 SƏBƏBİ

Qadın gözəlliyinin əsas elementlərindən biri saçlardır. Hər bir qadın istəyir ki, gur və parlaq saçları ilə daim diqqəti öz üzərinə çəksin. Amma bəzi səbəblərdən saçlar öz canlılığını itirir və tez-tez yumağımıza baxmayara

.

Dünyanın ən bahalı dodaq boyaları

Ən bahalı pomadalar, yalnız dodaq boyası kimi deyil, həm də lüks və zərgərlik sənətinin bir nümunəsi kimi qiymətləndirilir. Bu məhsulların yüksək qiyməti, onların hazırlanmasında istifadə olunan nadir və qiymətli materiallarl

turlar.az

toy makiyajlari qis geyimləri 2026 geyim şəkilləri yeni paltarlar 2026 məlhəmlər tortlar kosmetoloq kosmetika babasil hekaye janri yemek reseptleri haxista dieta