Dəriniz günəşdən quruyub və çatlayıbsa, bunları edin - 10 üsul

Dəriniz günəşdən quruyub və çatlayıbsa, bunları edin - 10 üsulUzun müddət günəş altında qalma, dəniz suyu, qaraldıqdan sonra dəridə yaranan problemlərlə yəqin hazırda çoxları qarşı-qarşıya qalıb. Bu, dəridə quruluq yaradır. Cild deformasiyaya uğrayaraq çatlamağa, qaşınmağa, qızarmağa və qurumağa başlayır. Xüsusən də yeni iş mövsümünün başlanğıcında belə hallar bir çox insanda narahatlıq yaradır.
Milli.Az axşam.az-a istinadən bildirir ki,  qısa zamanda dərinizdə adıçəkilən problemlərdən qurtulmağa imkan verən üsulları təqdim edir:
Dəri tipinizə uyğun təmizləyici vasitələrdən istifadə edin
Dəri bariyerinin pozulması quruluq, qıcıqlanma, qızartı, həssaslıq və hətta sızanaq kimi cild problemlərinə səbəb ola bilər. Buna görə də dərinizin quruluşuna uyğun təmizləyici vasitələrdən istifadə bərpa prosesində müsbət rol oynayacaqdır. 
Normal, quru, yağlı, qarışıq və ya həssas dəri tiplərinin fərqli ehtiyacları var. Məsələn, köpüklü gel yağlı dərilər üçün daha təsirli ola bilər, quru dərilər üçün isə nəmləndirici xüsusiyyətlərə malik krem tövsiyə olunur. Bunun üçün aldığınız vasitələrin üzərindəki məlumatları diqqətlə oxuyub əməl edin.
Dəri səthini bərpa edərkən kimyəvi maddələrdən qaçmalısınız. Sintetik ətirlər, spirt, sulfat kimi maddələr cildinizi daha da quruda və qıcıqlandıra bilər. Bunun əvəzinə təbii və yumşaq tərkibli vasitələr seçin. Məsələn, aloe vera, yaşıl çay, lavanda yağı kimi təbii tərkibli məhsullar dərini yumşaq bir şəkildə təmizləyərək nəmləndirməyə kömək edir.
Davamlı və düzgün təmizləyin
Dərinizi həddindən artıq təmizləməkdən və ya sərt sürtməkdən çəkinin. Təmizləmə prosesi dərinin təbii nəmini də aradan qaldıra bilər. Buna görə də prosesin ardından cildinizi nəmləndirməlisiniz. 
Cildinizi nəm saxlamağa, nəmləndirməyə çalışın
Dəri səthi nəmləndikcə bərpa prosesi də sürətlə gedir. Həmçinin nəmləndiricilər cildin su saxlamaq qabiliyyətini artırır, yaşlanma əlamətlərini ləngidir.
Makiyajla yatmayın
Makiyaj gecə ərzində cildin bərpa prosesinə təsir edir. Yuxu hüceyrələrin və toxumaların özlərini yeniləməsi üçün ən yaxşı fürsətdir. Ancaq dəriniz makiyaj qalıqları və kirlə örtülüdürsə, bu proses çətinləşir. Bundan əlavə, makiyaj qalıqları məsamələrin tıxanmasına və sızanaq, qara nöqtə kimi dəri problemlərinə səbəb olur.
Bol su için
Dərinizin qısa müddət ərzində bərpa olmasını istəyirsinizsə, gün ərzində mükün qədər su içməyə çalışın.
Yuxunuzu diqqət edin
Rahat və uzun müddətli yuxu nəinki orqanizmə həmçinin, cildə də müsbət təsir göstərir. Əks halda sağalma mərhələsi ləngiyə bilər.
Günəşdən qorunun
Dərini ultrabənövşəyi şüaların təsirindən mümkün qədər qorumağa çalışın. 
Çox sayda qulluq vasitələrindən eyni anda istifadə etməyin
Çox sayda vasitədən istifadə etmək cildin özünübərpa prosesindəki sistemini poza bilər. 
Qidalanmağınıza diqqət edin
Meyvə-tərəvəz, yaşıl çay, qırmızı üzüm, qara şokolad bərpa prosesində müsbət rol oynayır. 
Stresdən və pis vərdişlərdən uzaq durun
Siqaret, spirtli içkilər dərinin nəinki bərpa prosesinə əngəl törədir, həmçinin, qocalmanı tezləşdirir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1156   Tarix: 26 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

gelinlikler qis geyimləri 2026 geyim şəkilləri yuxa tortu əli əmirli cins salvarlar facebook çanta kosmetika rəksanə burclerin uygunlugu atalar sozleri lakonizim hamilelik