"Dəyanət əvvəllər bir neçə dəfə intihara cəhd etmişdi" - ŞOK FAKTLAR

"Dəyanət əvvəllər bir neçə dəfə intihara cəhd etmişdi" - ŞOK FAKTLARMəsələ ilə bağlı Modern.az-a onun həmkarı Narınc Rüstəmova danışıb. O, psixoloqun intiharından sarsıldığını bildirib: "Statistik göstəricilər son vaxtlar kişilər arasında intihar hallarının artdığını göstərir. Ruhu şad olsun. Biz 7 il öncəsinə qədər bir yerdə çalışmışıq. O vaxtlar da problemləri vardı. Amma bu, maddi rifahının aşağı olması ilə bağlı deyildi.

Araşdırsanız görərsiniz ki, o, bir neçə dəfə intihara cəhd edib. Kolleqamızın belə bir seçim etməsi çox sarsıdıcıdır. Bu onu göstərir ki, hər bir psixoloq öz psixoanalizini keçirməlidir. Problemi olan psixoloq ona müraciət edən pasiyentə də yardımçı ola bilməz. Nəticədə psixoloq da insandır".
N.Rüstəmova deyib ki, Dəyanət Rzayevin ailədaxili problemləri olub: "Dəyanət tək yaşayırdı. Yoldaşı onu tərk etmişdi. Onun ailə problemləri var idi. Yoldaşı ilə ayrılmışdı. Amma buna baxmayaraq, onların münaqişələri davam edirdi. 8 yaşında bir oğlu vardı. Uşaq anası ilə qalırdı. Hamının sosial problemləri ola bilər, amma bu, intihar üçün əsas deyil. Görünür Dəyanət mənəvi böhran keçirdiyindən, ailədaxili problemlərdən dolayı bu yola əl atıb".

N.Rüstəmova "psixoloq da intihar edirsə, sadə vətəndaş probleminin həlli üçün hansı qapını döyməlidir" sualına cavab olaraq bunları deyib: "Təbii ki, burada mənfi xüsusiyyət onun psixoloq olmasıdır. Amma mən hesab edirəm ki, bu, fərdi xüsusiyyətlərlə daha çox bağlıdır. Biz özümüz psixoloq olaraq da psixoloji dəstək alırıq. Həyatda hər bir insan çətin situasiya ilə qarşılaşa bilər. Bəlkə də o, həmkarlarına müraciət etməyi özünə ayıb sayıb. Kaş ki, vaxtında özü də psixoloji dəstək alardı. Bəlkə də Dəyanət özünə sığışdırmayıb bunu. İstənilən halda bu, onun ailəsi üçün faciədir".

Psixoloqun cəsədini onun yaşadığı evdə anası aşkarlayıb. D.Rzayev intihardan öncə məktub yazıb. O, məktubunda intiharında heç kimin günahı olmadığını, bunun "özünün şəxsi qərarı olduğunu" qeyd edib.

Hadisə yerinə Yasamal rayon Polis İdarəsinin və prokurorluq orqanlarının əməkdaşları araşdırma aparıb.

Onlar D. Rzayevin telefonlarını və son məktubu da araşdırma üçün götürüblər.

Xəbərlər     Baxılıb: 3158   Tarix: 26 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

geyim və ayaqqabılar geyim dəbləri kosmetoloq qadınlarda erroziya sekis xalq mahnilari sozleri sepkilere qarsi kosmetika kondom nedir aydin sani novruz bayramina aid englishdilində qulaq intim munasibetler