Deyib ki, qızımın yaxşı fiqurası var, amma heyf ki qızımdır...' - Akif İslamzadə

Deyib ki, qızımın yaxşı fiqurası var, amma heyf ki qızımdır...' - Akif İslamzadə"Hər kəs öz yolunu özü seçir deyə, demək olmaz ki, sənətçilərimiz niyə Türkiyədəki kimi siyasətə qatılıb öz namizədliklərini irəli sürmürlər. Vaxtında Zeynəb Xanlarova da deputat olub və parlamentdə oturub".
azxeber.com xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış ifaçı Akif İslamzadə deyib.
O, Azərbaycanda parlament seçkiləri ərəfəsində sənətçilərin siyasətə qarışmamasından və öz namizədliklərini irəli sürməməsindən söz açıb. 
"O ki qaldı mənə, mən birincisi, yaşıma görə istəmirəm, ikincisi də lap cavan olsaydım belə, gedib orada oturmaq mənə vaxt öldürmək kimi gəlir. Əksinə, daha səmərəli işlə məşğul olardım.
Çıxın, şəhərə sorğu aparın. Əgər qohumu, qonşusu və kəndlisi deyilsə, soruşduğunuz deputatların çoxunun adını bilməyəcəklər. Görün, kimsə tanıyacaq?!", – müğənni etiraz edib.
"Biz hələ sənətçilərin siyasətə qatılmağından söz açırıq. Təsəvvür edin ki, Mədəniyyət Nazirliyində məni – Akif İslamzadəni tanımadılar. Nazirlikdə məndən soruşdular ki, siz kimsiniz?
Qısası, mənə görə, parlamentdə oturmaq vaxt itkisidir. Əgər ev-eşik, var-dövlət hayında deyillərsə, orada oturmağın mənası yoxdur", – əlavə edib. 
A. İslamzadə söyləyib ki, nəinki Azərbaycanda, hətta dünyada tənəzzül gedir: "Siyasətlə məşğul olanların özlərinə diqqətlə fikir verin. Hamısının kompleksi var. Məsələn, Makron danışanda əzilib-büzülür, Bayden danışığını bilmir, sovet dönəmi liderləri də eynilə. Baydendən əvvəl olan prezident Tramp da deyib ki, qızımın yaxşı fiqurası var, amma heyf ki qızımdır. Bu, tərbiyəsizlik, əxlaqsızlıqdır. Bunların hamısı dünyanın özünün mənəviyyatsız və əxlaqsız olmasının göstəricisidir. Biz Nuh peyğəmbərin dövründə bu halla qarşılaşdıq, bir də ki indi. Nuh peyğəmbərin dövründə rəbbimiz su ilə bizi imtahana çəkdi, indi də odla. Amma bəşər özünü doğrultmur".
Xatırladaq ki, mayın 14-də keçiriləcək prezident seçkilərində Türkiyənin bir sıra incəsənət xadimləri millət vəkili olmaq üçün öz namizədliklərini irəli sürüblər.

Şou Biznes     Baxılıb: 1155   Tarix: 19 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

.

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

.

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi

.

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə

.

"Qızım babası kimi siyasətçi olacaq

Mərhum energetika naziri Natiq Əliyevin nəvəsi Aliyə sosial şəbəkədə arxiv görüntüsünü paylaşıb. xəbər verir ki, Aliyə atası Fərhad Əliyev, babası, nənəsi və anası Sara ilə birlikdə yer aldığı görüntünü izləyiciləri ilə bölüşərə

.

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

.

"Eşref Tek" nə vaxt yayımlanacaq?

"Eşref Tek" serialının yayım tarixi bəlli olub. Ekran işi dekabr ayında "Prime Video" platformasında yayımlanmağa başlayacaq. Serialda uşaqlıq sevgisi "Rüya"nı tapmağa çalışan "Eşref"i

.

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

.

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

.

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?

ABŞ-li pop-ulduz Selena Qomes özünün "Instagram" hesabında veypdən istifadəni dayandırdığını açıqlayıb. Məşhur müğənni səsində yaranan dəyişikliklərdən sonra elektron siqaret (veyp) çəkməmək barədə qərar qəbul edib

turlar.az

toy makiyajlari həkim məsləhəti gözəllik məhsulları qizil sozler qaşların formalari hakişta geyim dəbləri kosmetika efsaneler nagillar qızlıq pərdəsi xocali bayraq