"Deyirlər ki, haram pulla "Porsche" alıb" - Oğlu qəzada ölən baş həkim

"Deyirlər ki, haram pulla "Porsche" alıb" - Oğlu qəzada ölən baş həkimMayın 6-da gecə saatlarında Tovuzda dəhşətli yol qəzasında dünyasını dəyişən polis Zakir Qəhrəmovun anası, "Nərgiz" klinikasının baş həkimi Məlahət Qəhrəmanova oğlunun "Porsche" ilə törətdiyi qəzadan danışıb.

Xanim.az xəbər verir ki, M.Qəhrəmanova unikal.org-a açıqlamasında hadisə və oğlu haqqında yazılan qeyri dəqiq informasiyalarla bağlı danışıb. Övladı dünyasını dəyişən həkim bildirib ki, Zakir hər zaman dövlətə şərəflə xidmət edib: "Saytlar yazır ki, Zakir əslən tovuzludur. Bu, yanlış məlumatdır. Sadəcə onun təyinatı Tovuza verilmişdi və orada çalışırdı. Atası çoxdan rəhmətə gedib. O da "karennoy" bakılı idi. Oğlumun iki hüquq təhsili var idi. 6 ay ərzində rütbəsini aldı. 8 ay Tovuzda xidmət etdi. Sonradan təyinatını Hacıqabula verdilər ki, ailəsinə, uşağına yaxın olsun. Oğlum hər zaman dövlətinə şərəflə xidmət edib. Rayonda öz qabiliyyəti, tərbiyəsi ilə hörmət qazanmışdı. Tovuzda hər kəs onu yaxşı tanıyırdı. Onun haqqında sosial şəbəkələrdə ağızlarına gələni yazırlar. Ana olaraq bu mənə çox pis təsir edir. Bəzən polislər haqqında yersiz ifadələr işlədirlər. Bu vaxta qədər Zakir bir adamdan pul almayıb. Yazırlar ki, haram pullarla maşın alıb, anası, ailəsi Əliyevçidir, dövlətə xidmət edirlər. Dövlətə xidmət etmək hər birimizin borcudur. Yazılan yersiz şərhlər bizdə çox qıcıq yaradır. Heç kim bilmir sabah başına nə gələcək. Mən övladlarımı atasız, əziyyətlə böyütmüşəm. Zəhmət çəkmişəm, işləmişəm, balalarıma haram tikə yedirməmişəm".

Məlahət Qəhrəmanova qeyd edib ki, kimlərinsə artıq ittihamı yersizdir: "Millət vəkillərimiz, hər kəs gəlib başsağlığı verdi. Mən hamınıza göstərdiyiniz diqqətdən dolayı təşəkkür edirəm. Heç nə oğlumu geri qaytara bilməz. İnsanların ağzını yuma bilmərik. Tanıyanlar bilir, tanımayanlar ağzına gələni danışacaq. Yazırlar ki, polis maaşı ilə "Porsche"ni necə alıb? Oğlum polis sistemində işləməzdən əvvəl maşını var idi. Mən ona maddi dəstək olurdum. Bizim millət niyə axı bir-birini məlumatı olmadan ittiham edir?".

Müsahib hadisə nəticəsində xəsarət alanlar barədə də danışıb: "Qəza avtomobildəki nasazlıq ucbatından baş verib. Oğlumun yanında olan uşaqların ikisi sağdır. Səhv etmirəmsə, birinin vəziyyəti ağırdır, hazırda hospitaldadır. Digəri isə komadadır. Allah onlara şəfa versin. Bütün günü Allaha dua edirəm ki, o uşaqlar yaşasın, onları görüm. Həmin uşaqlardan biri polisdir. Hadisədən bir neçə saat əvvəl oğlum dostları ilə birgə qardaşımın yanında olublar. Deyiblər, gülüblər. Sonra da bu hadisə baş verib".

Xəbərlər     Baxılıb: 4284   Tarix: 10 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Dabanınız çatlayırsa, bunu edin

Daban çatlaması həm estetik, həm də tibbi baxımdan narahatlıq yaradan geniş yayılmış dəri problemidir. Əksər hallarda dərinin quruması ilə başlasa da, vaxtında qulluq edilmədikdə ağrı, qanama və infeksiya riski yarada bilər

.

Pis yuxu insan beynini qocaldır?

"Yuxu beynin təmizlənmə vaxtıdır. Heyvan modellərində göstərildiyi kimi, dərin yuxu zamanı beyin hüceyrələri arasındakı məsafə genişlənir və qlimfatik sistem adlanan axın gün ərzində yığılan metabolik tullantıları,

.

Orqanizminizdə iltihab varsa qəhvə için

Qəhvənin orqanizmdə iltihab proseslərinə mümkün təsiri ilə bağlı yeni araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub. axşam.az-a istinadən bildirir ki,  alimlərin əldə etdiyi nəticələrə əsasən, qəhvəni

.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığ

.

Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər

Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəz

.

4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz

Uzunmüddətli avtobus və təyyarə səfərlərinin artması hərəkətsiz qalmaqla bağlı sağlamlıq risklərini də gündəmə gətirir. Mütəxəssislər xüsusilə risk qrupunda olan şəxsləri diqqətli olmağa çağırır. xəbər verir ki, Trakya Universitet

.

Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr

Braziliyalı alimlər 53 ton balığı üzərində araşdırma aparıb və balıqlarda təxminən 1600 parazit qurdu aşkarlayıblar. -a istinadən bildirir ki, araşdırma zamanı parazitlərin bir qisminin məhz balığın əzələ toxumasında yerləşdiy

turlar.az

aksessuarlar qis geyimləri 2026 kosmetika mehsullari əlibala hacızadə yay paltarları 2026 kesmikli banan qrip zökəm kosmetika gunay maraqli hakistalar novruz bayramına aid hakıştalar bahar dolça