"Deyirlər ki, siz yoxsunuz deyə, səhnəmiz bu gündədir" - Samir Bağırov
"Deyirlər ki, siz yoxsunuz deyə, səhnəmiz bu gündədir".
azxeber.com xəbər verir ki, o, bu barədə ARB-də yayımlanan "Pərvizə görə" verilişində danışıb.
Samir məktəb açmaq istəyindən söz açıb:
"Azərbaycanda vokal məktəbi açmağı çox istəyərdim. Konkret səslə işləmək risklidir. Yaxşı oxumaqla yaxşı müəllim olmaq eyni deyil. Bizdə estrada üçün vokal məktəbi yoxdur, müəllimlər yoxdur. Məncə, müğənnidə xarizma daha vacibdir. Səsi az ola bilər, amma xarizması çoxdursa, tutur. Lakin səsi daha yaxşı ola bilər, xarizması olmasa, tutmur. Populyar olmaq asandır, illərlə populyar qalmaq çətindir. Bu, hər müğənni üçün ən böyük xoşbəxtlikdir. Mən gözləmirdim. Lakin yolda, liftdə, marketdə o qədər xoş sözlər eşidirəm. Heç gözləmirdim. Sevgi, hörmət hiss edirəm. Ən çox xoş sözləri səs, sənətimlə bağlı yox, insanlığımla əlaqəli eşidirəm. Deyirlər, siz necə gözəl, mədəniyyətli, pozitiv insansınız. Çoxları deyir ki, siz yoxsunuz deyə, səhnəmiz bu gündədir. Bir dəfə Zümrüdün verilişinə çıxdım, bütün proqramlardan dəvət gəlir. Çox oxumaq lazım deyildi, həmişə pərəstişkarların ac olmalıydı. Bu, çox vacibdir".
Aysel









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Dünyanın ən gözəl qadını seçildi
Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin