Dezinfeksiyaedici məhlulların zərərləri

Dezinfeksiyaedici məhlulların zərərləriHeç bir dezinfeksiyaedici maddə virus üzərində su və sabun qədər təsirli deyil
Koronavirus səbəbindən son vaxtlar dezinfeksiyaedici maddələrin istehlakında ciddi artım müşahidə olunur. Gel, spirt kimi bu maddələr əllərimizdəki mikrob və bakteriyaları öldürür. Lakin istifadəçilərin dərilərini qurutması ilə bağlı şikayətləri də səngimir. Mütəxəssislər hesab edir ki, bu məhsulların həddindən artıq istifadəsi, digər sağlamlıq problemlərinə səbəb ola bilər.
Milli.Az kaspi.az-a istinadən bildirir ki, gündəlik həyatımızda əllərimizlə bir çox yerə toxunur və fərqində olmadan çox sayda bakteriyalara məruz qalırıq. Sağlamlığımız, xüsusilə, gündəmdə olan koronavirus səbəbindən daha çox təhlükədədir. Həll yolu isə əllərimizi ən azı 20 saniyə sabun və su ilə yaxşıca yumaqdır. Həkimlərin sözlərinə görə,  heç bir dezinfeksiyaedici maddə virus üzərində su və sabun qədər təsirli deyil. Lakin su və sabun olmayan yerlərdə dezinfeksiyaedici məhlullardan istifadə etmək məcburiyyətində qalırıq.
Dezinfeksiyaedici məhlulların zərərləri nədir?
Əl dezinfeksiyaedici məhlulların tərkibində çox miqdarda spirt və kimyəvi maddələr var. Bunlar  dəri quruluğu və ekzema kimi reaksiyalara səbəb ola bilər. Dərinin qoruyucu qat funksiyasını zədələməklə, qurumağa, qızartıya və soyulmasına səbəb ola bilər. Xüsusilə, uşaqların dəriləri daha həssas olduğu üçün istifadə edilməsi tövsiyə olunmur. Bundan əlavə, kimyəvi qoxulardan narahat olanlara, xüsusilə, astma kimi xəstəlikləri olan insanlara daha çox təsir edə bilər.
Ümumiləşdirsək, əl dezinfeksiyaedici maddələr həddindən artıq istifadə edildikdə və ya düzgün istifadə edilmədikdə :
- Dəri quruya bilər
- Allergik reaksiyalar baş verə bilər
- Antibiotiklərə qarşı müqavimət, tərkibindəki triklosan səbəbindən yarana bilər.
- Əzələ sağlamlığını təhdid edə bilər
- Astma və xroniki dəri xəstəliklərinə səbəb ola bilər
- İmmun sisteminə mənfi təsir göstərə bilər.
Bu səbəbdən mütəxəssislər sözügedən məhlullardan bacardığımız qədər az istifadə etməyimizi məsləhət görür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1252   Tarix: 26 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

geyim və ayaqqabılar gelinlikler qadin sayti seksual qadin aroma və fitoterapiya hepatitlər pol breqq kosmetika aysel novruz bayramı rus dilini öyrənək 2 ci dərs aslan narin faydasi