Diabet xəstələrinə meyvə yemək olar? Endokrinoloqun İZAHI

Diabet xəstələrinə meyvə yemək olar? Endokrinoloqun İZAHIBir çoxlarımızın fikrinə görə, şəkərli diabetdən əziyyət çəkənlərə meyvə yemək olmaz. Axı meyvələr şirindir və qanda şəkəri qaldırır. Lakin bu yalnız qismən belədir.
Tanınmış rusiyalı həkim-endokrinoloq və diyetoloq Olqa Pavlova öz youtube kanalında bildirib ki, diabet xəstələri az miqdarda olsa da meyvələri yeyə bilər və yeməlidir. Ona görə ki, meyvələr orqanizmi bir çox faydalı vitamin və minerallar və həmçinin liflərlə təmin edir. Lakin burada müəyyən qaydalara riayət etmək lazımdır.
Diabet xəstələri qlisemik indeksi 40-dan aşağı olan meyvələrə üstünlük verməlidir. Bu hansı meyvələrdir? Alma, armud, portağal, mandarin, qreypfrut, gavalı, ərik və bəzi digərləri.
Saglamolun.az bildirir ki, həkimin sözlərinə görə, bəzi meyvələrin şəkərli diabet zamanı istehlakı qadağandır. Bu ilk növbədə üzümdür. Digər qadağan olunmuş meyvə banandır. Lakin həkim qeyd edib ki, diabet xəstəsi həftədə 1 dəfə dəyməmiş (yaşıl) bananın yarısını yeyə bilər.
Növbəti qadağan olunmuş meyvələr - meyvə qurularıdır (kişmiş, xurma və s.). Onların tərkibində diabet xəstələri üçün ziyanlı olan saxaroza təzə meyvələrlə müqayisədə daha çoxdur. Bu səbəbdən həkim bildirib ki, diabet xəstələri yalnız təzə meyvələri yeməlidir. Həmçinin diabet xəstələrinə meyvə şirələrini içmək olmaz.   
Doktor Pavlovanın sözlərinə görə, şəkərli diabet xəstələri meyvələri acqarına deyil, yeməkdən sonra və günün 1-ci yarısında (səhər yeməyi və (və ya) nahar zamanı) yeməlidir. Niyə yeməkdən sonra? Acqarına yeyilən meyvə qanda şəkərin səviyyəsini kəskin qaldırır ki, bu da şəkərli diabet xəstələri üçün çox ziyanlıdır. Bu səbəbdən meyvələri şəkərin kəskin qalxmasına mane olan qidalardan (ət, yumurta, tərəvəzlər və s.) sonra yemək lazımdır.
Endokrinoloq vurğulayıb ki, diabet xəstələri az miqdarda meyvə yeməlidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1753   Tarix: 19 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

makiyaj etmek qaydalari qadın geyimi qis geyimləri 2026 aksesuarlar böyürtkənin faydaları endokrin sistem quru yemekler kosmetika ana haqqinda bayati haxista google naz mila pehriz