Diabetin hüceyrə terapiyası

Diabetin hüceyrə terapiyasıMediklər ilk dəfə olaraq kök hüceyrələri əsasında hazırlanmış və insulin istehsal edə bilən implantları birinci tipli diabetin müalicəsində könüllülər üzərində sınaqdan keçirmişdir. Klinik tədqiqatların ilk iki fazasının nəticələri "Cell Stem Cell" jurnalında dərc olunmuşdur.
"Biz ilk dəfə olaraq kök hüceyrələrindən becərilmiş implantların pasiyentlərin orqanizminə implantasiya olunduqdan sonra insulin istehsal edə bilməsini və qanda qlükozanın səviyyəsinin dəyişməsinə reaksiya verdiyini nümayiş etdirdik. Bu uğurlar birinci tipli diabetin hüceyrə terapiyasının yaradılması və optimizisayası üçün yol açır "- Vankuverdəki (Kanada) Britaniya Kolumbiyası universitetinin professoru Timoti Kiffer deyir. ÜSTnın statistikasına görə, bu gün təxminən 463 milyon adam birinci və ikinci tipli diabetdən əziyyət çəkir. Professor Kiffer və həmkarları artıq uzun illərdir ki, pasiyentin proqramı dəyişdirilmiş kök hüceyrələrindən süni mədəaltı vəzi analoqlarının yaradılması üzərində çalışır.
Milli.Az "Ailə Həkimi"nə istinadən bildirir ki, bu hüceyrələrin və onların əsasında hazırlanmış implantların fəaliyyətini müxtəlif heyvanlar üzərində sınadıqdan sonra alimlər üç il əvvəl bu texnologiyanın könüllülər üzərində aparılan klinik tədqiqatların birinci və ikinci fazasına başladılar. Bu tədqiqatlarda birinci tipli diabet xəstəsi olan 15 kanadalı kişi və qadın iştirak edirdi. Tədqiqat iştirakçılarının hər birinə keçirdiyi əməliyyat zamanı xüsusi kapsullara yerləşdirilmiş adacıq hüceyrələrinin analoq kulturları implantasiya edilirdi. Sonrakı doqquz ay ərzində alimlər könüllülərin sağlamlıq durumunda baş verən dəyişiklikləri izləyirdi və qanlarında insulin səviyyəsinin dəyişməsini müşahidə edirdi.
Müşahidələr göstərir ki, 63% hallarda hüceyrə kulturları könüllülərin orqanizminə uyğunlaşır və eksepriment boyu həcmi tədricən artan insulin hasil etməyə başlayır. Bəzi hallarda əməliyyatdansonrakı fəsadlar səbəbindən kapsullar xaric olundu, lakin başqa könüllülərin orqanizmində onlar bir ildən artıq normal fəaliyyət göstərirdi. Hazırda professor Kiffer və onun həmkarları immun sistemi tərəfindən ayrılmayan daha mükəmməl kapsulların yaradılması üzərində çalışır, dia­betiklərin maksimal dərəcədə effektiv insulin təminatı məqsədi ilə kök hüceyrələrinin münasib kombinasiyasını seçir. Bu məsələnin həlli diabetin hüceyrə terapiyasının kütləvi tətbiqi üçün şərait yaradacaq.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1000   Tarix: 13 noyabr 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

adlarin menasi gelinlikler yaz geyimleri 2026 qadindunyasi.az valideynlərə məsləhət xəyanət dondurma kosmetika irem derici dostluq kahfe falı qadin.az zəhmət