Dietoloqdan immunitetin gücləndirilməsi üçün FAYDALI TÖVSİYƏLƏR

Dietoloqdan immunitetin gücləndirilməsi üçün FAYDALI TÖVSİYƏLƏRXəbər verdiyimiz kimi, dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib. Aydın məsələdir ki, uzun müddət evdə qalmaq və bu qaydalara əməl etmək məcburiyyətindəyik. Lakin evdə uzun müddət qalmaq fiziki aktivliyimizi əlimizdən alır, daha çox hərəkət etmək imkanlarımızı məhdudlaşdırır. Üstəlik sıxıntımızı yemək və qidalarla öldürməyə çalışmaqla köklüyə və artıq çəkiyə "xoş gəldin" deyirik. Qidaların orqanizmdə xoşbəxtlik hormonlarını artırıb əhvalı qaldırması doğru olsa da, belə bir şəraitdə sırf başımızı qatmaq üçün çox yemək asıllıq yarada və ciddi fəsadlara yol aça bilər. Bəs karantin dövründə immunitetin aşağı düşməməsi üçün nə və nə qədər yemək lazımdır?
Milli.Az xəbər verir ki, Türkiyənin tanınmış dietoloqu Abdullah Mollamemişoğlu vacib tövsiyələr verib. Ekspert bildirib ki, stabil çəkini qorumaq istəyiriksə, un məmulatları və xəmir xörəklərindən uzaq durmağa çalışmalıyıq:
"Ümumiyyətlə, qızartma, qovurma, yağlı məhsullar, xəmir məhsulları kimi yüksək yağlı və karbohidrat tərkibli məhsullardan uzaq olun, pəhriz və porsiyalara diqqət yetirin. Günə səhər yeməyi ilə başlayın, yemək saatlarını ötürməyin və yatmazdan 2 saat əvvəl heç nə yeməyin. "Şok effekt" vəd edən pəhrizlərdən uzaq olmaq faydalıdır. Qısa müddətdə sürətli arıqlamaq cəhdləri təəssüf ki, immunitet sisteminin zəifləməsinə səbəb ola bilər. Bunun əvəzinə adekvat və balanslı pəhriz proqramı edilməlidir. Heç bir karbohidrat məhsulları yemək olmaz? Əlbəttə ki, olar. Ancaq lif və mürəkkəb karbohidratlara üstünlük vermək lazımdır. Ağ çörək yerinə taxıl çörəyi, düyü yerinə qarabaşaq yarması, kinoa və ya bulqura üstünlük verilə bilər. Tərəvəz və meyvələrin istifadəsi çox vacibdir, gündəlik əsas vitamin və mineral mənbəyimiz olan tərəvəz və meyvələrdən ən azı 5 porsiya yeyilməlidir. İmmunitet sisteminin əsas quruluşunu zülal təşkil edir, odur ki, protein məhsullarına biganə yanaşmayın. Əlbəttə ki, bu anda çəkiyə nəzarət etmək üçün ət, toyuq və ya balıq alarlən yağsız olmasına diqqət etməlisiniz. Sinklə zəngin olan bu məhsullar bədən müqavimətimizi artıracaq. Bu müddətdə bol su için, bu, həm hüceyrələrin yenilənməsini, həm metabolik sürəti artıracaq, həm də immuniteti gücləndirəcək. Evdən çıxa bilmiriksə, bu, o deməkdir ki, yemək və qəlyanaltılarımızı hazırlamağa da vaxtımız var. Başqa sözlə, hazır paketli qidalarla yolları ayırmaq vaxtı gəldi. Bu zaman ərzində müxtəlif və yüngül düsertlər hazırlaya bilərsiniz".
Dietoloqdan faydalı reseptlər
Xurma trüfeli
- 200 qr. xurmanın tumlarını çıxarın. - 1 xörək qaşığı kakao və 1 xörək qaşığı kokos əlavə edib yaxşıca qarışdırın. (Xurma çox quru olarsa, az miqdarda süd və ya su ilə yumşalda bilərsiniz.)
- Qoz böyüklüyündə yuvarlayıb üzərini maki və darçın tozu ilə bəzəyin.
- Soyuducuda 1 saat saxlayın.
- 1 fincan qəhvə ilə 2 xurma topu yeyə bilərsiniz. Noxud cipsiləri
- 200 qr qaynadılmış noxudun üzərinə 1 xörək qaşığı zeytun yağı əlavə edin.
- ½ çay qaşığı kimyon, ½ çay qaşığı qırmızı istiot səpin.
- 1/3 çay qaşığı duz, əlavə miqdarda qara istiot və ya çili istiotu əlavə edə bilərsiniz.
- Bütün inqrediyentləri qarışdırıb qaba qoyun və 200 dəqiqə sobada 20 dəqiqə bişirin. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2051   Tarix: 25 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

qaşların formalari adlarin menasi reseptler fatimə fətəliyeva i̇mtahana hazırlıq kətə reseptləri hakista sozleri kosmetika uzeyir səməd vurğun zencefil faydalı məsləhətlər veten seirleri