DİQQƏT! ATV-də rəhbərlik dəyişdi - RƏSMİ

DİQQƏT! ATV-də rəhbərlik dəyişdi - RƏSMİ"Azad Azərbaycan" telekanalında kütləvi ixtisarların başlanması və telekanal prezidenti Vüqar Qaradağlının Türkiyədən cəlb olunmuş Mustafa adlı şəxslə əvəzlənməsi haqda xəbər yayılıb.

Xanim.az xəbər verir ki, rəhbərliyin dəyişilməsinə hazırlıq getməsi ilə yanaşı, işçilər də əmək haqqlarını ala bilmir. Eyni zamanda vergilərlə kanalın başının dərddə olması bildirilir.

Məsələ ilə əlaqədar İctimai Məsələlər və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Turan İbrahimov açıqlama verib. O, Mustafa Çelik adlı şəxsin ATV-də işə başlamasını təsdiq etdi:

"Mustafa Çelik adlı şəxs ATV-də texniki məsələlər üzrə məsləhətçi qismində əməkdaşlığa cəlb olunub. ATV-nin bir neçə beynəlxalq layihəsi var idi. O da həmin layihələr çərçivəsində Türkiyədən gələn peşəkarlardan biri idi. Bilirsiniz ki, Azərbaycanda televiziya sahəsində ciddi kadr çatışmazlığı var. Şöhbət müasir kadrlardan gedir. Bu səbəbdən Mustafa Çelik Türkiyədən dəvət olunmuş bir mütəxəssisdir. Onun kanalın idarəçiliyinə aiddiyyatı yoxdur. Kanalın rəhbəri Vüqar Qaradağlı ATV-nin prezidentidir. Mustafa Çelik də birbaşa Vüqar Qaradağlının iradəsi və razılığı ilə telekanalda texniki məsələlərə uyğunlaşma və nəzarət işlərinə baxır".

Departament rəhbəri eyni zamanda kanalda heç bir kütləvi ixtisarların olmadığını da əlavə etdi:

"ATV yeganə kanaldır ki, maliyyə baxımından vəziyyəti çox yaxşıdır. Bu da heç kəsə sirr deyil. Əmək haqqları da ödənilir. Heç vergilərlə də problemimiz yoxdur. İxtisarlara gəlincə isə iqtisadi məsələlər gündəmə gəlir. ATV-də isə heç vaxt kütləvi ixtisarlar olmayıb.

Eyni zamanda ATV HD yayımın həyata keçməsi ilə də məşğuldur. Bunun üçün xaricdən çoxsaylı avadanlıqlar gətirilib. Bu avadanlıqların işlədilməsi üçün peşəkarlar cəlb edilir. Onlara nəzarət də birbaşa Vüqar Qaradağlı həyata keçirir. Cəlb olunmuş işçinin hər hansı işçini işdən çıxartması isə absurd bir fikirdir. ATV-dən yalnız işinin öhdəsindən gəlməyənlər gedir. Bu da normaldır".

Xəbərlər     Baxılıb: 2143   Tarix: 19 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.  xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib. Onun sözlərinə görə, qəfil başlayan yuxusuzlu

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Bazarda 2 manata satılan bu möcüzə qaraciyəri yeniləyir

Torpağın altında gizlənən bu bənövşəyi möcüzə təkcə rəngi ilə deyil, elmi araşdırmalarla sübut olunmuş faydaları ilə sağlamlıq reseptlərinin əvəzolunmazına çevrilib.  xəbər verir ki, qidalanma mütəxəssisləri vurğulayırla

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

Pivəni həddindən artıq içməyin ZİYANI

Son vaxtlar pivənin normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.  xəbər verir ki, həkimlərin sözlərinə görə, pivə az miqdarda qəbul edildikdə müəyyən hallarda cidd

.

Göylərdən gələn hədiyyə': Biri 20 manata satılır

Papaya tərkibindəki zəngin minerallar və xüsusi fermentlər sayəsində sadəcə bir qida deyil, həm də müalicəvi vasitə kimi qəbul edilir.  xəbər verir ki, papayanın tərkibindəki ən vacib maddə olan papain fermenti proteinləri

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

turlar.az

kosmetoloq kosmetika mehsullari gozel gorunmek aksesuar uşaq psixologiyası bizim məşhurlar testosteron nədir kosmetika bedii edebiyyat muellim seiri buga burcu balıq laylalar