DİQQƏT! Azərbaycanda bu sahələrdə işləyən insanlara ŞAD XƏBƏR

DİQQƏT! Azərbaycanda bu sahələrdə işləyən insanlara ŞAD XƏBƏRİşlə təmin olunmamış qaçqın və məcburi köçkün səhiyyə işçilərinin orta aylıq əmək haqqının saxlanıldığı dövr fasiləsiz əmək stajına daxil edilməyəcək
Səhiyyə Nazirliyinin Kollegiyası "Fasiləsiz əmək stajına görə əlavə haqq almaq hüququ verilən səhiyyə işçilərinin fasiləsiz əmək stajının hesablanması Qaydaları"nı təsdiq edib.

Xanim.az-ın apa-ya istinadən məlumatına görə, yeni Qaydalarının təsdiq edilməsi ilə əlaqədar "Fasiləsiz əmək stajına görə əlavə haqq almaq hüququ verilən səhiyyə işçilərinin fasiləsiz əmək stajının hesablanması Qaydaları"nın təsdiq edilməsi haqqında" Səhiyyə Nazirliyinin 15.09.2005-ci il tarixli 104 nömrəli əmri ləğv edilib.

Fevralın 16-dan qüvvəyə minən yeni Qaydalar Nazirlər Kabinetinin 9 yanvar 2004-cü il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş "Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği"nə uyğun olaraq hazırlanıb və fasiləsiz əmək stajına görə əlavə haqq almaq hüququ verilən səhiyyə işçilərinin fasiləsiz əmək stajının hesablanması qaydasını müəyyən edir. Qaydalara əsasən fasiləsiz əmək stajına görə əlavə haqq işçiyə bu əlavəni almaq hüququ verən vəzifədə (peşə) çalışdıqda ödənilir. Səhiyyə işçilərinin fasiləsiz əmək stajına müvafiq peşə və vəzifələrdə fasiləsiz faktiki işlədikləri dövrlər daxildir. Eyni zamanda fasiləsiz əmək stajına aşağıdakı dövrlər də daxil edilir:

- xidməti borcun yerinə yetirilməsi ilə əlaqədar hərbi və ya alternativ xidmət dövrü;

- hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplantılarda və səlahiyyətləri daxilində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrinin cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak dövrü;

- beynəlmiləl borcun yerinə yetirilməsi ilə əlaqədar xidmət dövrü;

- 1941-1945-ci illərdə SSRİ Silahlı Qüvvələrində (habelə müharibə qurtardıqdan sonra), partizan dəstələrində xidmət dövrü, eləcə də müharibə illərində hərbi qulluqçunun əsir olduğu dövr (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbəsinin arayışı olduqda);

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı Azərbaycan silahlı qüvvələrində, daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında xidmət dövrü;

- əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;

- qanunsuz və ya əsassız əmək müqaviləsinə xitam verilmiş işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanunu qüvvəyə minmiş qətnaməsi (qərarı) əsasında məcburi işburaxma dövrü;

- ödənişli məzuniyyət dövrü;

- sosial məzuniyyət, eləcə də uşağa qulluq üçün verilən qismən ödənişli sosial məzuniyyət dövrü;

- əmək qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və müddətlərdə işçiyə verilən ödənişsiz məzuniyyət dövrü və işəgötürənlə işçinin qarşılıqlı razılığı ilə üç aydan çox olmayan müddətə verilən ödənişsiz məzuniyyət dövrü;

- əmək qanunvericiliyinə uyğun olaraq işçinin iş yerinin və orta əmək haqqının saxlanıldığı hallardakı dövrlər.

Fasiləsiz əmək stajı aşağıdakı hallarda saxlanılır, lakin bu dövrlər fasiləsiz əmək stajına daxil edilmir:

- özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış qaçqın və məcburi köçkünlərin qanunvericiliyə uyğun olaraq orta aylıq əmək haqqının saxlanıldığı dövr;

- xidməti funksiyaların yerinə yetirilməsi ilə əlaqədar dövlət tərəfindən xarici ölkəyə işləməyə göndərilmiş şəxsin arvadının (və ya ərinin) xarici dövlətdə olduğu müddət;

- elmi yaradıcılıq və təhsil müddətləri və bu müddət bitdikdən sonra qanunvericiliklə verilən tətil müddəti; müəssisə ləğv edilərkən, müəssisədə işçilərin sayı və ya ştatlar ixtisar edilərkən, eləcə də fasiləsiz əmək stajı saxlanılan hər hansı bır müddət bitdikdən sonra işçinin iş axtaran və ya işsiz vətəndaş kimi məşğulluq orqanlarında qeydiyyatda olduğu dövr;

- stajkeçmə, ordinatorluq, internatura, bakalavriat və rezidentura dövrləri.

Səyyar təcili tibbi yardım stansiyalarının (bölmələrinin) orta tibb heyəti vəzifələrindən çağırışların qəbulu və onların səyyar briqadalara ötürülməsi üzrə feldşer (tibb bacısı) və yaxud təcili yardım yarım stansiyasının böyük feldşer vəzifələrinə keçirilmiş işçilərinə keçmə anına kimi fasiləsiz əmək stajına görə ödənilən əvvəlki əlavə haqq saxlanılır. Həmin işçilər fasiləsiz əmək stajına görə əlavə haqq almaq hüququ verilən peşə və vəzifələrə keçirildikdə (təyin edildikdə) onların əvvəlki fasiləsiz əmək stajı saxlanılır, lakin səyyar təcili tibbi yardım stansiyalarının (bölmələrinin) feldşeri (tibb bacısı) və yaxud təcili yardım yarımstansiyasının böyük feldşeri vəzifəsindəki əmək stajı əlavə haqq almaq hüququ verən fasiləsiz əmək stajına daxil edilmir. İşçi fasiləsiz əmək stajına görə əlavə haqq almaq hüququ verilən bir vəzifədən (peşədən) digər vəzifəyə (peşəyə) keçərkən üç aydan çox müddətə fasiləyə yol verərsə və yaxud 1941-1945-ci illərdə SSRİ Silahlı Qüvvələrində (habelə müharibə qurtardıqdan sonra), partizan dəstələrində xidmət dövrü, eləcə də müharibə illərində hərbi qulluqçunun əsir olduğu və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı Azərbaycan silahlı qüvvələrində, daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında xidmət dövrlərdən sonra üç aydan çox müddətə heç bir üzrlü səbəb olmadan (xəstələnməsi, təbii fəlakət, fövqəladə vəziyyət və s. analoji hallar) fasiləyə yol verərsə fasiləsiz əmək stajı saxlanılmır.

Fasiləsiz əmək stajına hüquq verən əmək stajı işçinin əmək kitabçasında edilən qeydlərə və ya zəruri hallarda iş yerindən verilmiş arayışlara əsasən müəyyən edilir.

Xəbərlər     Baxılıb: 4350   Tarix: 19 fevral 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

turlar.az

sac duzumleri geymler 2026 yay kolleksiyasi evin bəzədilməsi gənc ana sifahi xalq ədəbiyyatı növləri gözəllik sirləri kosmetika həmidə novruz haqistalari sağlamlığa aid atalar sözləri ana haqqinda bayati xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır