DİQQƏT! Azərbaycanda bu şəxslərə maaşlarla bağlı ŞAD XƏBƏR - Bundan sonra...

DİQQƏT! Azərbaycanda bu şəxslərə maaşlarla bağlı ŞAD XƏBƏR - Bundan sonra...Azərbaycanda yeni hazırlanan "Peşə təhsili haqqında" qanun layihəsində peşə-ixtisas məktəblərində təhsil alan tələbələrə təqaüd və təcrübə keçdiyi müddətdə maaş verilməsi də nəzərdə tutulub.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə təhsili müəssisələrinin idarə edilməsi və monitorinq şöbəsinin müdiri Amil Əlili bildirib ki, qanun layihəsinin hazırlanması üçün Milli Məclisin Elm və təhsil komitəsində yaradılan, Təhsil Nazirliyi və digər aidiyyəti dövlət və qeyri-dövlət qurumlarının nümayəndələrinin də təmsil olunduğu işçi qrupu fəaliyyətini artıq yekunlaşdırıb. Qanun layihəsinin parlamentin payız sessiyasında müzakirə ediləcəyi gözlənilir.
A.Əlili bildirib ki, "Peşə təhsili haqqında" qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübə əsas götürülüb: "İndiyədək Azərbaycanda belə bir qanun olmayıb. Yəni peşə təhsilinin tarixində ilk dəfədir ki, qanun layihəsi hazırlanır və onun formalaşdırılmasında həm yerli, həm də beynəlxalq təcrübədən istifadə edilib.Peşə təhsili haqqında qanun layihəsinin hazırlanmasına ölkəmizdə peşə təhsili və təliminin ictimai statusunu artırmaq, əmək bazarının tələblərinə uyğunlaşmasına nail olmaq məqsədi ilə həyata keçirilən "Peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi" texniki yardım layihəsi çərçivəsində beynəlxalq ekspertlər cəlb olunub və onlarla ilkin müzakirələr təşkil edilib".
A.Əlilinin sözlərinə görə, peşə təhsili sahəsində bir çox təcrübəni araşdıran İşçi Qrup bu qənaətə gəlib ki, bir çox ölkədə olduğu kimi, Azərbaycanda da peşə təhsili dövlət, özəl, bələdiyyə mülkiyyəti formasında inkişaf edir və bu variant məqbul hesab olunub.
Qanun layihəsində "Təhsil haqqında" Qanunda əks olunan məsələlər - peşə təhsili müəssisələrinə qəbul qaydaları, yaş həddi, idarəetmə, işəgötürənlərlə əməkdaşlıq yer alıb. (trend)

Xəbərlər     Baxılıb: 2281   Tarix: 05 sentyabr 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

adlarin menasi maskalar geyim necə seçməli varikosel fransiz qadinlari kişi üzükləri qlazok yumurta kosmetika zehmet ve zinet bahar prostat kokelmek aslan