DİQQƏT! Azərbaycanda əhalinin ürəyindən olan xəbər - Bu tarixdən maaşlar artır

DİQQƏT! Azərbaycanda əhalinin ürəyindən olan xəbər - Bu tarixdən maaşlar artırBəs, bu qərarların icrasına nə zamandan başlanacağını bilirsinizmi?

İstənilən ölkədə gəlirlər azalanda, sosial-iqtisadi çətinliklər meydana çıxanda, həm dövlət, həm də cəmiyyət alternativ gəlir mənbələri axtarır. Ki, bu da normaldır. Canlı orqanizm öz yaşamını təmin etmək üçün mümkün olan bütün vasitələrə əl atır.

Necə ki, son 2 ildə biz bu cür proseslərin iştirakçısı və müşahidəçisiyik. Manatın 1 il aralıqla 2 dəfə dəyər itirməsi və neftin qiymətinin yarıbayarı azalması fonunda, ölkədə digər maliyyə mənbələrinin axtarışına başlandı — neftdən itirdiyimizin yerini, qismən də olsa, dolduraq deyə.

Məsələn, bəzi sahələrdə tariflər artırıldı, qiymət, vergi və rüsumlar qalxdı, müəyyən sahələrə büdcədən dotasiyalar azaldı, kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına cəhdlər edilir və sair. Üstəlik, bir sıra rəsmi şəxslər açıq-aşkar cəmiyyəti qənaət rejiminə keçməyə səslədi ki, "müvəqqəti çətinlik dövründə yediyinizi, geydiyinizi azaldın".

Qısası, dövlət ayaqda qala bilmək üçün həm "başqa haralardan vəsait əldə edə bilərik" sualı üzərində baş sındırdı, həm də cəmiyyətdən yardım istədi. Qeyd etdiyim kimi, bu, normal, hətta vacib amildir. Lakin…

İşin başqa tərəfi sual doğurur. Məsələn, qərar qəbul olunur ki, "filan kateqoriyadan olan vətəndaşların əmək haqları 30 faiz artsın və qərar gələn il bu vaxtdan etibarən qüvvəyə minsin".

Yaxud, tutalım, açıqlama gəlir ki, hər bir müharibə veteranına birdəfəlik 10 min manat yardım veriləcək, dərhal ardınca "bunun üçün hazırlıqlara 2018-ci ilin əvvəlindən başlanacaq və 2020-ci ilin sonlarından etibarən qərarın icrasına start veriləcək".

Ya da nə bilim, aztəminatlı ailələrdən olan tələbələr ödənişli təhsil haqqından azad edilsin — 2021-ci tədris ilindən etibarən…

Yəni, vətəndaşın xeyrinə qəbul olunan hər hansı qərarın qüvvəyə minməsi, icrasına başlanması qarşıdakı illərin öhdəsinə buraxılır. "Bunun üçün hazırlıq görülməli, araşdırma aparılmalıdır, asan məsələ deyil" deyə. Halbuki, heç də bütün qərarların icrası üçün bu qədər hazırlığa, zamana ehtiyac duyulmur.

Ötən həftə Vergilər Nazirliyindən, Youtube.com videoportalından əldə olunan gəlirlərdən vergi tutulacağı ilə bağlı açıqlama gəldi. Rəsmi qərar deyil, sadəcə şifahi açıqlama gəldi və həmin kəlmələrin canına hava dəyməmiş icrasına başlandı.

Misal: Sözügedən açıqlamadan 2 gün sonra, "Youtube"dan necə gəlir əldə edildiyini Sputnik Azərbaycan-a şərh edən videoblogger Yeganə Rzaxanova bildirib ki, artıq dünən, yəni açıqlamanın səhərisi günü onun hesabından pul tutulub: "Mənim 6 aylıq 370 dollar qazancım vardı. Dünən çıxarmaq istədim, baxdım, 20 dollar çıxıblar. Bankdan 20 dolların nəyə çıxıldığını soruşdum. Bildirdilər ki, mənim hesabımdan başqa çıxarış olmayıb. Mən elə düşünürəm ki, bu vəsait vergi üçün çıxılıb".
Məncə, mənzərə bir qədər aydın oldu. Qəbul olunan qanun və qərarlara bu cür fərqli yanaşmaya misal olaraq xeyli sayda nümunələr gətirmək olar. Bakıda gömrük rüsumunun qalxacağına dair söz-söhbət başlar-başlamaz, ən ucqar sərhəd-keçid məntəqəsində bu söz-söhbətlərin "icrasına" başlanması kimi. "ASAN imza"nın tətbiqinə dair qərarın mürəkkəbi qurumamış, DSMF-in əvvəlki qaydada hesabat qəbul edən sisteminin "söndürülməsi" kimi. Və sair və ilaxir…
Bütün bunlar, bir qədər qəribə, hətta xeyli dərəcədə anlaşılmaz və üstəlik çətin anda dövlətinin yanında olan cəmiyyətə qarşı qeyri-adekvat davranış deyilmi…?!

Mənbə: sputnik.az

Xəbərlər     Baxılıb: 3401   Tarix: 07 avqust 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

makiyaj etmek qaydalari toy makiyaji sekilleri gozel gorunmek uşaq yeməyi paxlavalar xina ucun bayatilar bulka reseptləri kosmetika nagillar kökəlmək üçün qiz evi haxista gozellik baliq burcu