Diqqət! Azərbaycanda orta məktəblərdə 11 illik təhsil LƏĞV OLUNUR
Azərbaycandakı bəzi kənd rayonlarında fəaliyyət göstərən orta məktəblər 11 illik təhsil bazasından 9 illik təhsil bazasına keçid edəcək. Bununla bağlı Modern.az saytına daxil olan məlumatda bildirilir ki, bəzi məktəblərdə şagird sayının azalmasının, yuxarı siniflərdə - 10-11- davamiyyəti göstəcilərinin həddindən artıq pisləşməsinin bu addımın atılmasında müəyyən rolu var. Araşdırmalar göstərib ki, bəzi kənd məktəblərində 9-cu sinfi bitirən məzunlar, sonrakı iki ili 10-11-ci siniflərə getməkdənsə, repititor yanında təhsil almağa üstünlük verirlər. Ya da daha yaxşı təhsil verən məktəblərə dəyişilirlər... Eyni zamanda məlum olub ki, tam orta təhsil verən bir sıra məktəblərdə əslində 10-11-ci siniflər yalnız kağız üzərində "fəaliyyət göstərirmiş".
Nəticədə də bəzi təhsil ocaqlarınıb 10-11-ci siniflərində davamiyyətin çox pis göstəricilərlə müşayiət olunduğu vurğulanır.
Bu və digər məsələləri nəzərə alaraq, bəzi rayonlarda 11 illik məktəblərin 9 illiyə keçid etməsi barədə qərar verilib.
Məsələni dəqiqləşdirmək üçün Təhsil Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov belə bir halın mümkünlüyünü istisna edib.
"11 illik məktəblərin 9 illik məktəblərlə əvəzlənməsi yanlış məlumatdır".
Ancaq qeyri-rəsmi məlumata görə, artıq bəzi rayonların Təhsil şöbələrinə bir sıra məktəblərin tam orta təhsildən (10-11-ci sinif) ümumi orta təhsil (9-cu sinif) verməyə keçid etməsi barədə xəbərdarlıq da edilib. Prosesin növbəti təhsil ilində gerçəkləşdiriləcəyi gözlənilir.
mənbə: modern.az
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
"İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun" - Könül Kərimova
Cövdət qızı ilə - Fotolar
ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı
Yanında ola bilməsəm də, ürəyim həmişə səninlədir
Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
"Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim
"Vanlı Kara Haydar"ın işindən xəbər var