DİQQƏT! Benzinlə bağlı ŞAD XƏBƏR: " ARTACAQ "
Gələn il Azərbaycanda 1 337,3 min ton avtomobil benzini istehsal olunacağı proqnozlaşdırılır.
BiG.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin 2018-ci il və sonrakı 3 il üzrə hazırladığı iqtisadi proqnozlarında məlumat dərc edilib.
Bu həcm 2017-ci ilin sonuna olan analoji proqnozdan 4,9% çoxdur.
Qeyd edək ki, bu ilin sonuna ölkədə istehsal olunan avtomobil benzinin 1,275 mln. ton olacağı gözlənilir.
2019-cu ildə isə ölkədə 1 140,1 min ton, 2020-ci ildə 1 128,3 min ton, 2021-ci ildə 1 378,1 min ton avtomobil benzini istehsalı proqnozlaşdırılır.
Dizel yanacağının istehsalına gəlincə isə gələn il 2 075,2 min ton, 2019-cu ildə 1 793,8 min ton, 2020-ci ildə 1 776,3 min ton, 2021-ci ildə 2 114,6 min ton istehsal proqnozlaşdırılır. Bu ilin sonuna isə dizel yanacağı istehsalının 2 100,2 min ton olacağı gözlənilir.
Ümumilikdə, 2018-ci ildə Azərbaycanda 5 374,8 min ton, bu il isə 5 441,2 min ton həcmində neft məhsulları istehsalı proqnozlaşdırılır. Bununla yanaşı bildirilir ki, 2019-cu ildə ölkədə 4 667,8 min ton, 2020-ci ildə 4 629,9 min ton, 2021-ci ildə isə 5 497,2 min ton neft məhsullarının istehsal olunacağı gözlənilir.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Xalq artistinin oğlu ABŞ pasportu aldı
Gündə 30 dəqiqə kifayətdir - 10 il daha gənc qalmağın formulu
Günəş kremi haqqında bilməli olduğunuz ən mühüm qaydalar
Südü soyuducuda bu hissəyə QOYMAYIN
"Həyatım o qədər maraqlı keçir
Eminem və Şakira Qazaxıstana gəlir
Kifli qidalardan hansı yeyilməli, hansı zibilə atılmalıdır?
"Mikro rayon"a iki günə 100 min baxış
Sezen Aksunun albomu bu tarixdə yayımlanacaq
Autizm erkən aşkarlanarsa nə edilməlidir? - XƏBƏRDARLIQ