DİQQƏT! Birinci vitse-prezidentdən əhaliyə ŞAD XƏBƏR
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərq hissəsində məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib.
BiG.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva mərasimdə iştirak edib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kompleksin təməlini qoyub.
Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə çıxış edib.
Sonra Baş nazirin müavini Əli Həsənov, "Paşa İnşaat" şirkətinin layihə rəhbəri Kamil Əliyev, Şuşa rayonundan məcburi köçkün Vəsilə Xəlilova çıxış ediblər.
Xatırladaq ki, M.Əliyeva hələ mart ayında keçirdiyi iclasda məqsədin insanları normal yaşayış yeri ilə təmin etmək olduğunu açıqlamışdı.
"Bu gün məcburi köçkün və qaçqınları yerləşdirmək üçün tikilən binalar, salınan qəsəbələr, alınan mənzillər onların müvəqqəti ünvanıdır. Reallıqlar bundan ibarətdir. Bu gün bizim məqsədimiz bu insanları normal yaşayış yeri və işlə təmin etməkdir". İclas Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuşdu.
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir