DİQQƏT! Bu ərzaqlar UCUZLAŞDI
Ölkə rəhbərliyi tərəfindən aparılan islahatlar və verilən qərarlar nəticəsində milli valyutamız ABŞ dolları qarşısında dəyər qazanmağa davam edir. Azərbaycanın aparıcı şirkətlərindən olan "Azərsun Holdinq" yaranmış müsbət vəziyyəti nəzərə alaraq ümumilikdə 116 çeşiddə məhsulun qiymətini aşağı salıb.
Xanim.az musavat.com-a istinadən xəbər verir ki, şirkətlər Qrupu tərəfindən istehsal olunan "Zolotoye solnişko", "Final", "Möcüzə", " Zoluşka" , "Evim" markalı günəbaxan ve qarğıdalı yağlarına 6-8 %,
"Zoluşka" "Kulinarka" ve "Krestyanskoye" markalı spred yağlarına, "Zeytun bağları" markalı zeytun yağına 5 %,
"Aura", "Evim" markalı müxtəlif salfet və təmizlik məmulatlarına 6-18 %,
"Calve" , "Knorr" ve "Hellmans" markalı müxtəlif souslara 13-35 %,
Mərcimək, yumru düyü, qarabaşaq kimi dənli bitki məhsullarına isə 14-28 % endirim edilib.
Qeyd edək ki, "Azərsun Holdinq" bir müddət əvvəl şəkər tozunun qiymətini 5 %, yəni hər tona görə 60 manat aşağı salmışdı.
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir