DİQQƏT! Bu gün bu ərazilərdə qaz olmayacaq
Bakının Xətai və Binəqədi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən Xanim.az-a bildirilib ki, abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi məqsədilə yeni çəkilmiş diametri 57 millimetrlik qaz xəttinin dairəvi qoşulması, diametri 159 və 76 millimetrlik qaz xəttinin yerinin dəyişdirilməsi və yeri dəyişdirilmiş xətlərin qaz təchizatı mənbəyinə birləşdirilməsi, eləcədə qaz xətlərində aparılacaq təmir işləri ilə əlaqədar aprelin 18-də saat 10:00-dan işlər yekunlaşdırılanadək Bakının Xətai rayonunun Gəncə və Babək prospektlərinin, Kombinat, Əhmədli kəndi, Şirvani, X.Məmmədov, İnqilab İsmayılov və Mehmandarov küçələrinin, həmçinin Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Biləcəri və Xutor qəsəbələrinin, Motodrom adlanan ərazinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.
Birlik yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir