DİQQƏT! Bu peşə sahiblərinə ŞAD XƏBƏR! Gələn aydan...
Təhsil Nazirliyi sisteminə daxil olan ilk peşə-ixtisas təhsili müəssisələrinə ümumtəhsil fənn müəllimlərinin işə qəbulunun müsahibə mərhələsi üzrə ərizələrin qeydiyyatına başlayıb.
Sonxeber.az bildirir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, işə qəbul üzrə müsahibədə bu il və ya ötən il test mərhələsindən müvafiq keçid balını toplamış, ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər iştirak edə bilərlər.
Qeyd edək ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə ümumtəhsil fənn müəllimlərinin işə qəbulu Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları"na əsasən həyata keçirilir.
Namizədlər oktyabr 3-dək ərizəsini və müvafiq sənədləri (müraciət etdiyi rayon (şəhər), test mərhələsində topladığı bal, şəxsiyyət vəsiqəsinin surəti, təhsil sənədinin surəti) Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə və ya [email protected] elektron ünvanına təqdim etməlidirlər.
Müsabiqəyə ilk peşə-ixtisas təhsili müəssisələrində olan 70 vakant müəllim yeri çıxarılıb. Vakant yerlər ölkənin regionlarındakı peşə məktəblərindədir.









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Vətən haqqında bayatılar
Arzuolunmaz hamiləlik
Qaravəllilər
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Miqrenin səbəbi yalnız beyin deyilmiş - YENİ ARAŞDIRMA
Döş qəfəsində ağrı, nəfəs darlığı, ürəkdöyünmə simptonu olanlara ciddi XƏBƏRDARLIQ
Yaşıl çay xərçəngdən qoruyurmu?
Oturaq işlə məşğul olanların sağlamlığı təhlükədədir
Serenay Sarıkaya ilk dəfə atasını göstərdi - FOTO
2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO
Elza onları məhkəməyə verir