DİQQƏT: BU xəstəliklər zamanı şaxtada gəzmək faydalıdır - Doğru bilinən yanlışlar

DİQQƏT: BU xəstəliklər zamanı şaxtada gəzmək faydalıdır - Doğru bilinən yanlışlarBir çoxları elə düşünür ki, hava soyuq və şaxtalı olduqda evdə qalmaq və çölə çıxmamaq ən yaxşı yoldur. Düzdür bəzi xəstəliklər zamanı soyuq havada çox gəzmək olmaz, amma şaxtalı havanın da yaxşı təsir göstərdiyi xəstəliklər mövcuddur.

Xanim.az medicina.az-a istinadən şaxtalı havanın hansı xəstəliklər üçün faydalı olduğunu açıqlayır:

1) Piylənmə. Artıq çəkil insanlarda arıqlamaq üçün qışda gəzmək yayda gəzməkdən daha effektlidir. Şaxta arıqlamağa kömək edir. Çünki soyuqda orqanizm özünü qızdırmaq üçün daha çox enerji sərf etməlidir. Bu enerji isə piy qatının parçalanması hesabına yaranır.

2) Baş ağrısı və miqren. İstənilən mənşəli baş ağrıları zamanı havaya çıxaraq təmiz hava almaq kömək edir. Baş ağrısı başda yerləşən damarların spazmı səbəbindən yaranır. Şaxtalı havada isə dəridə olan kapillyarlar sıxılır, başdakı damarlar isə əksinə genələrək qan axımını qaydaya salır. Həmçinin soyuq hava sinir ucluqlarına da təsir edərək ağrı hissinin azalmasına və ümumi əhval-ruhiyyənin yüksəlməsinə səbəb olacaq.

3) Hipotoniya. Arterial təzyiqdən əziyyət çəkən insanlar qışda özlərini pis hiss edirlər. Aşağı təzyiqdən əziyyət çəkənlərə isə əksinə şaxtalı havada gəzmək faydalıdır. Bunun səbəbi soyuqda qan damarlarının sıxılaraq təzyiqi yüksəlməsidir. Ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar isə yaxşı olardı ki, şaxtalı havalarda evdə otursunlar.

4) Piy vəzilərinin fəaliyyəti. Yağlı dəriyə malik insanlar isti havadansa soyuqda daha tez-tez gəzintiyə çıxmalıdırlar. Şaxtalı hava epidermisi qurudaraq çivzə, akne və sızanaqların yaranmasının qarşısını alır.

5) Stresslə mübarizə. Qışın gəlişi ilə günlə qısalır və gecələr uzanır. Məhz bu amil də bir çox insanlarda depressiyanın yaranmasına səbəb olur. Amma alimlər şaxtalı havanın orqanizmdə "xoşbəxtlik hormonu" olan serotoninin və endorfinin sintezinin sürətləndirdiyini bildirirlər. Hətta 30 dəqiqəlik gəzinti sinir sistemini gücləndirir, qorxu və həyəcan hissini aradan qaldırır, iştahanı açır, əhvalı yüksəldir.

6) İmmunitetin möhkəmlənməsi. Bir çoxları elə düşünürlər ki, soyuq hava xəstələnmənin əsas səbəbidir. Lakin bu belə deyil. Əksinə olaraq soyuq hava orqanizmin qoruyucu funksiyalarını daha da gücləndirir. Buna görə də şaxtalı havada ağızı və burunu qapalı bir şəkildə gəzmək və nəfəs almaq sizin xəstəliyə yoluxmağınıza yox, bədəninizin daha da möhkəmlənməsinə səbəb olacaq.

Xəbərlər     Baxılıb: 1474   Tarix: 25 yanvar 2019
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

geyim necə seçməli gozel gorunmek gelinlikler kelem tutmasinin hazirlanmasi hamiləliyə hazırlıq balıq və dəniz məhsulları gözəl geyimlər kosmetika bayati cantalar klitor atalar sözü kurtlar vadisi