DİQQƏT! Bundan sonra Azərbaycanda bu xidmət pullu olacaq

DİQQƏT! Bundan sonra Azərbaycanda bu xidmət pullu olacaqAzərbaycanda 70-dək dövlət tibb müəssisəsinə ödənişli əsaslarla tibbi xidmət göstərmək hüququ verilə bilər.
Bunu Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.

E.Əzizovun sözlərinə görə, hələ 1997-ci ildə qəbul edilən "Əhalinin sağlamlığının qorunması haqqında" qanunda pullu tibbi xidmətlərin göstərilməsi məsələsi öz əksini tapıb: "Lakin bundan sui-istifadə halları olduğuna görə bu məsələləri həll etmək üçün müəyyən bir müddət lazım idi. Hələ 2008-ci ildə səhiyyə naziri Oqtay Şirəliyevin əmrinə uyğun olaraq, dövlət müəssisələrində pullu xidmət tam dayandırıldı. Digər tərəfdən, həmin vaxt dövlətin də imkanı var idi ki, əhaliyə tam pulsuz xidmət göstərə bilsin. Dövlət müəssisələri bu gün də əhaliyə pulsuz xidmətlər göstərirlər. Amma bununla belə inkar edilmir ki, dövlət müəssisələrində xidmətə görə ödənişin tələb edilməsi halları olur".

E.Əzizov bildirib ki, müəssisələrin publik hüquqi şəxs olması bu ödənişləri qanuniləşdirməyə imkan yaradacaq. E.Əzizov hazırda dövlət tibb müəssisələrinin publik hüquqi şəxsə keçirilməsi üçün işlərin aparıldığını açıqlayıb.

Nazirlik rəsmisinin sözlərinə görə, publik hüquqi şəxs kimi fəaliyyət göstərməsi üçün artıq 70-ə yaxın dövlət tibb müəssisəsinin nizamnaməsi razılaşdırmaq məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilib. Nizamnamə razılaşdırıldıqdan sonra müəssisələr prosedura uyğun olaraq, Vergilər Nazirliyində qeydiyyatdan keçəcəklər. Bundan sonra isə artıq onların mülkiyyət forması dəyişəcək və onlar publik hüquqi şəxslər olacaqlar: "Publik hüquqi şəxs olma tibb müəssisələrinə kifayət qədər geniş imkanlar verəcək. Onlar büdcə ilə də maliyyələşə biləcəklər, hətta özlərinin əlavə pullu xidmət göstərmək imkanları da olacaq. 70-dək müəssisə publik hüquqi şəxs olduqdan sonra artıq onların ödənişli xidmət göstərmək hüququ olacaq. Hansı xidmətlərin pullu olacağı isə hökumət tərəfindən müəyyənləşdiriləcək. Hazırda yalnız mərkəzi xəstəxanaların publik hüquqi şəxs kimi fəaliyyət göstərməsindən söhbət gedir".

E.Əzizov qeyd edib ki, dövlət tibb müəssisələrində tibbi xidmətlərin pullu olması həm də icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlıdır: "Bu xidmətlər pullu olduqda artıq onun qiymətini xəstə deyil, sığorta şirkəti ödəyəcək. Təbii ki, ödəniş də artıq rəsmi olacaq, pul əldən-ələ verilməyəcək".

Mənbə: trend.az

Xəbərlər     Baxılıb: 3328   Tarix: 03 may 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

qadin sayti gozel gorunmek yemek reseptleri alt geyimləri portagalin faydasi yeni paltarlar 2026 doğuşdan sonra kosmetika muellim seiri bayatılar şirin qoğal tanisliq faydalı bilgilər