Diqqət! Bunlar süd vəzi xərçənginin riskini artırır

Diqqət! Bunlar süd vəzi xərçənginin riskini artırırBütün dünyada qadınlar arasında süd vəzi xərçəngi ən yayılmış xərçəng forması sayılır.
Son zamanlar bu xəstəliyin daha da artması müşahidə olunur. Həmçinin süd vəzi xərçəngi xeyli "cavanlaşıb" və hal hazırda gənc qadınlarda da aşkar olunur.
Hər bir qadın bilməlidir ki, bəzi amillər bu xəstəliyinin riskini artırır.
Bu amillər arasında:
- İrsi faktor. Yaxın qohumları arasında (ana, bacı) süd vəzi xərçənginin olması çox ciddi risk faktoru sayılır.
- Menstruasiyaların 11 yaşında və bundan tez başlanması.
- Abortlar. Xüsusilə erkən abortlar (18 yaşına qədər) süd vəzi xərçənginin riskini artırır.
- 1 hamiləlik və ya hamiləliyin olmaması. Qadın nə qədər çox uşaq dünyaya gətirirsə, süd vəzi xərçənginin riski də bir o qədər azalır.
- Əmizdirmənin olmaması və ya əmizdirmənin tez başa çatması. Əmizdirmə tək uşağın sağlamlığı deyil, ananın sağlamlığı üçün də çox vacibdir. Əmizdirməyən və ya 6 aydan az əmizdirən qadınlarda süd vəzi xərçənginin riski uzun müddət ərzində əmizdirən analarla müqayisədə daha çoxdur.
- Gecikmiş menopauza. Menopauzanın (klimaks) 50 yaşdan sonra başlanması.
- Gecikmiş doğuş. 30 yaşından sonra ilk uşağı dünyaya gətirən qadınlarda süd vəzi xərçənginin riski artır.
- Siqaret çəkmək. Araşdırmalar göstərir ki, siqaret çəkən qadınlarda süd vəzi xərçəngi daha tez-tez inkişaf edir.
- Piylənmə.
- Qalxanvari vəzi xəstəlikləri.
- Mastit, süd vəzi travmaları.
- Radiasiyanın təsiri. (Burada günəş şüalanmasının həddindən artıq təsiri də nəzərdə tutulur.)
- Mastopatiyanın bəzi formaları. Bu səbəbdən mastopatiyası olan qadın daim mammoloqun nəzarəti altında olmalıdır.
Sizdə bu risk faktorları varsa, süd vəzilərin vəziyyətinə daim nəzarət edin, mammoloqun profilaktik müayinələrindən keçin.

Saglamolun.Az

Xəbərlər     Baxılıb: 1925   Tarix: 13 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Oğlan körpələrində səssiz təhlükə - Sonsuzluğa səbəb olur

Urologiya Mütəxəssisi Dos. Prof. Dr. Yavuz Onur Danacıoğlu yeni doğulan oğlan körpələrində sıx rastlanan enməmiş xaya probleminin vaxtında müalicə olunmadıqda sonsuzluq və xaya xərçəngi riskini artırdığını bildirib. xəbə

.

Alimlər tənhalıq haqqında mifi dağıtdı: Yalnılıq öldürmür

Uzun müddətdir ki, tənhalıq sağlamlıq üçün ciddi təhlükə hesab edilsə və bəzi ekspertlər onun təsirini gündə 15 siqaret çəkməklə müqayisə etsələr də, beynəlxalq alimlər qrupunun yeni araşdırması tənhalığın ölüm hallarını

.

Günəş kremindən düzgün istifadə edin

Yayada günəş vannası qəbul edərkən bir çox səhvlər edirik. Bunlardan biri də gündən qoruyan kremlərdən istifadə qaydasıdır. xəbər verir ki, dünyada hər il təxminən 1,5 milyon insanda dəri xərçəngi aşkarlanır. Bu nisbəti

.

Sümük möhkəmliyini artırmağın sadə yolu tapıldı

Fiziki fəaliyyət zamanı orqanizmdə ifraz olunan CLCF1 adlı zülal sümüklərin və əzələlərin möhkəmlənməsinə təsir edir. Bu nəticə Cənubi Koreya alimləri tərəfindən aparılmış tədqiqatla əldə olunub. bu barədə "Nature Communications"

.

Qadınlar gündə nə qədər pivə içə bilər?

İsti yay günlərində spirtli içki qəbul etmək istəyənlər daha çox pivəyə üstünlük verir. . xəbər verir ki, pivə tərkibində estrogenə bənzər birləşmələrin olması səbəbindən qadınlarda xərçəng riskini azaldır. Qadınlar gün ərzind

.

Botoksla bağlı sos: İflic əlamətləri ilə xəstəxanalıq oldular

İngiltərədə botoks etdirən azı 14 nəfər danışıq çətinliyi, udqunma problemi və görmə pozuntuları kimi ciddi nevroloji əlamətlərlə xəstəxanaya yerləşdirilib. . xəbər verir ki, mütəxəssislər bu halların ölümcül nəticələrə səbə

.

Saqqal saxlayan kişilər bunları bilməlidirlər

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, kişilərin saqqalı bəzi hallarda itlərin tüklərindən belə çox mikrob daşıya bilər. xəbər verir ki, mikrobioloqların apardığı araşdırmalara əsasən, saqqal bölgəsində yüksək rütubə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Belin ağrıyır? - Alimlər deyir ki, gəzən adamlar

Norveç alimləri gündəlik uzun gəzinti ilə bütün dünyada yayılmış xroniki bel ağrısının qarşısının alınması arasında birbaşa əlaqəni aşkar edən kohort təhlili aparıblar. xəbər verir ki, bu barədə "Nnaked- " məluma

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az kosmetoloq makiyaj etmek qaydalari qadin dunyasi avto qadın immun sistemi xinayaxdi sozleri kişi geyimləri 2025 novruz bayramina aid hakistalar ağır itki atalar sözləri prostat maraqli hakistalar