DİQQƏT! Kontur bahalaşacaq

DİQQƏT! Kontur bahalaşacaq"Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər edilməsi haqqında qanun layihəsinin müzakirəsi Milli Məclisdə maraqlı çıxışlarla yadda qalıb.

Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan qanun layihəsində lisenziyalar üzrə dövlət rüsumlarının məbləğlərində dəyişikliyi nəzərdə tutur. Bildirilib ki, əgər əvvəllər dövlət rüsumu 22 min manatdan çox deyildisə, indi isə artıq layihədə 1 mln. manat rüsumlara rast gəlmək olar.

Mobil rabitə xidmətləri (texnioloji standartın adı göstərilməklə) 1 mln. manat dövlət rüsumu nəzərdə tutulub.

Layihədə teleradio yayımı üçün ümumrespublika televiziya yayımı üçün 50 min manat, Bakı şəhəri üzrə TV yayımı üçün 22 50 manat, regional TV üçün 1 500 manat, ümumrespublika radio yayımı üçün 2500 manat, Bakı şəhəri üzrə 1250 manat, regional radio yayımı üzrə 500 manat nəzərdə tutulub.

Layihədə olan rüsumlar lisenziya Bakıda oduqda 100 faiz həcmində, regionlarda olduqda 50% ödənilir.

Millət vəkili Vahid Əhmədov bildirib ki, bu günə qədər ən böyük rüsumun həcmi 22 min manat idi: "İndi deyirsiniz ki, müəyyən sahələrdə lisenziyaların verilməsi üzrə rüsumu iki dəfə azaltmısınız. Ancaq indi mobil rabitə üzrə rüsum 1 milyon manata qaldırılıb. Demək ki, bir sahədən azaltmısınızsa, digər sahəni artırmısınız. Bizdə 1 milyon rüsumu ödəməyə imkan varmı? Həmçinin televiziya yayımına 50 min rüsum qoymusunuz".

Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Fikrət Şirinov iradalara cavab olaraq bildirib ki, bu sahələr rentabelli olduğu üçün dövlət rüsumları artırılıb: "Söhbət "Azercell", " Bakcell", "Nar Mobile" kimi iri şirkətlərdən gedir. Burada qanun layihəsində dəyişiklik ona xidmət edir ki, lisenziyalar üzrə rüsumlar birbaşa dövlət büdcəsinə daxil olacaq".

Millət vəkili Tahir Mirkişili bildirib ki, Azərbaycanda lisenziyaların verilməsi müddətsizdir: "Bundan sonra kim mobil operator kimi ölkəyə gəlmək istəsə, lisenziya almaq üçün 1 milyon manat rüsum ödəməlidir. Həqiqətən də mobil sahə rentabellidir. Sahibkarlar bu pulu ödəyə bilər. İndi dünyada mobil danışıq məsələsi yoxdur. İnternet sisteminə keçilib. 1 dollar ödəyirsən, həm danışırsan, həm də yazışırsan".

Vahid Əhmədov isə lisenziyaya əlavə rüsum məsələsi ətrafında yaranmış anlaşılmazlıqla bağlı komitə sədri Ziyad Səmədzadədən xahiş edib ki, Milli Məclisin iclaslarına nazir müavinləri dəvət olunsunlar: "Düzdür, mənim şöbə müdirlərinin savadına şübhəm yoxdur. Ancaq onlar bu işə məsul səlahiyyətli şəxs deyillər. Suallara aydınlıq gətirə bilmirlər" ./qafqazinfo/

Xəbərlər     Baxılıb: 2207   Tarix: 19 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir

Görünüşünə görə kartofla qarışdırılan, lakin tibbi xüsusiyyətlərinə görə "təbii təzyiq tənzimləyicisi" adlandırılan yerarmudu, müasir tibbin diqqət mərkəzindədir.  xəbər verir ki, yerarmudu çox yüksək miqdarda kaliu

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

turlar.az

reseptler geyim seçimi geyim dəbləri baliq qulagi el isleri gözəllik və makiyaj qutab xemiri elm haqqında atalar sözleri kosmetika paxlava baldiza aid hakisda novruz bayramına aid hakışta oğlaq azerbaycanli is adami amerikada gullelendi