DİQQƏT! Parlament təsdiq etdi : BU BORCLAR SİLİNƏCƏK
Milli Məclis bu gün keçirilən plenar iclasında "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Qanun layihəsini təsdiq edib.
Qadinsayti.az Trend-ə istinadən xəbər verir ki, qanun layihəsində iki növ vergi borclanması əks olunub: birinci maddədə borcun ödənilməməsinə görə yığılmış faizlərin silinməsi, ikinci maddədə maliyyə sanksiyalarının bir hissəssinin silinməsi nəzərdə tutulur.
Qeyd edək ki, 1 yanvar 2017-ci il tarixə mövcud olan maliyyə sanksiyaları üzrə borcların 2017-ci ilin yanvar ayı ərzində 30 faizi ödənildikdə yerdə qalan borcların 70 faizi, 2017-ci ilin yanvar-fevral ayları ərzində 50 faizi ödənildikdə yerdə qalan borcların 50 faizi, 2017-ci ilin yanvar-mart ayları ərzində isə 70 faizi ödənildikdə yerdə qalan borcların 30 faizi silinəcək.
Vergi amnistiyası 44,7 min vergi ödəyicisini əhatə edəcək. Faiz borclanması üzrə ümumilikdə 386,4 milyon manat silinəcək. Bundan başqa, maliyyə sanksiyaları üzrə 6 304 vergi ödəyicisinin 3 milyon manat borcu silinəcək.
Azərbaycanda ümumi vergi borclanması 1,527 milyard manat, o cümlədən faiz borclanması 386,4 milyon manat, maliyyə sanksiyaları 237,1 milyon manat təşkil edir.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Space TV-də bu veriliş də yayımlanmayacaq
Böyük sağlamlıq faydaları VAR
Anam yaşındasan, ayıb olsun' - FOTO
Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI
Madonna xalqdan kömək istəyir
Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş
Həddindən artıq yuxu niyə təhlükəlidir?