DİQQƏT! Pensiyaçılara GÜNÜN ŞAD XƏBƏRİ! Bundan sonra hər kəsin ailəsində...

DİQQƏT! Pensiyaçılara GÜNÜN ŞAD XƏBƏRİ! Bundan sonra hər kəsin ailəsində...Vəfat etmiş şəxsin pensiyasını vərəsəsi ala bilər

Bildiyimiz kimi son zamanlar bir çox hallarda dövlət tərəfindən vətəndaşların əvvəlki illərdən qazanılmış pensiya hüquqlarından irəli gələn məbləğlər maliyyə vəziyyətinin çətinliyi səbəbilə birdəfəlik formada deyil, hər ay hissə-hissə olmaqla ödənilir. Məsələn, şəxsin pensiya hüququ 2010- cu ildə yaranıbsa, lakin şəxs 2017-ci ildə pensiya təyin edilməsi üçün müraciət edibsə, ona pensiya 2010-cu ildən təyin edilir. 2010-cu ildən 2017-ci ilədək ödənilməli olan məbləğ fərqi isə birdəfəlik formada deyil, hər ayın pensiyasına əlavə olunmaqla hissə-hissə ödənilir.

Bu isə öz növbəsində sual yaradır ki, bəs bu pul pensiyaçıya tam ödənilənədək pensiyaçı vəfat edərsə, həmin məbləğin aqibəti necə olur?

Mövzu ilə bağlı femida.az- a şərh verən hüquqşünas Elnur Əliyev bildirib ki, "Əmək pensiyaları haqqında" Qanunun 42.1-ci maddəsinə əsasən əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləği mülki qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilir. Mülki qanunvericilikdə isə pensiyaya birmənalı yanaşma mövcud deyildir.
Belə ki, pensiya hüququ şəxsə bağlı olan hüquqdur, bu hüquq hər hansı pensiya məbləğinə deyil, məhz həmin şəxs tərəfindən pensiya tələbinə dair hüquqdur və şəxsin vəfatı ilə bu hüquqa da xitam verilir.

Beynəlxalq təcrübədə hansı hallar nəzərdə tutulur?

Hüquqşünas bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ pensiya ödənişlərini tələb etmək hüququnun bir sıra hallarda "əmlak" kontekstindən nəzərdən keçirilməsini tələb edir. Bu hallar pensiyaçının pensiyanın əldə edilməsinə qanuni gözləntiləri olduğu hallardır. Qanuni gözləntilər müxtəlif hallarda yarana bilər. Bu hallar qanunvericiliyin normaları ilə müəyyən olunmuş şərtlərin yerinə yetirilməsi, məhkəmə və ya dövlət orqanlarının qərarı və s. ola bilər. Məsələn, Bulqakova Rusiyaya qarşı işdə AİHM qeyd edir ki, hüquqi əsasından asılı olmayaraq, qüvvəyə minmiş məhkəmə qərarı ilə vətəndaşa pensiyanın təyin edilməsi öhdəliyinin dövlət orqanına həvalə edilməsi həmin qərardan irəli gələn məbləğə dair tələblə bağlı qanuni gözlənti yaratmaqla həmin qərara əsasən təyin ediləcək pensiyanın "əmlak" kateqoriyasına düşməsinə səbəb olur.

Beləliklə, vətəndaş vəfat edənədək hər hansı səbəbdən artıq təyin edilmiş pensiya məbləğini almazsa, onun öldüyü günədək ona ödənilməli olan pensiya məbləği əmlak anlayışı ilə əhatə olunur və Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən onun vərəsələrinə keçir.

Qeyd olunanlardan belə nəticəyə gəlmək olur ki, vəfat edən şəxsin vərəsələrinin mirasqoyana məhkəmə və ya dövlət orqanları tərəfindən təyin edilmiş lakin şəxs ölənədək ona ödənilməli olan, lakin hər hansı səbəbdən ödənilməmiş pensiya məbləğinin tam şəkildə mirasa daxil edilməsini və ödənilməsini tələb etmək hüquqları vardır.

Xəbərlər     Baxılıb: 5011   Tarix: 29 sentyabr 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

turlar.az

hamiləlik toy makiyajlari makiyaj instagram qadınlar və kişilər əlibala hacızadə süni mayalanma displaziya kosmetika terezi bayatılarımızda vətən həsrəti sağlamlığa aid atalar sözləri porno toyuq salati