DİQQƏT! Sabahdan televiziya yayımı dayandırılacaq
Sabahdan, dekabrın 1-dən etibarən 8 rayonda - Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar, Xaçmaz rayonlarında analoq televiziya yayımı dayandırılacaq.
Bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki şöbəsinin müdiri İsa Məmmədov bildirib.
O deyib ki, MTRŞ-nın noyabrın 18-də bununla bağlı qəbul etdiyi qərarda dəyişiklik yoxdur: "Dekabrın 1-dən 8 rayonda analoq televiziya yayımı dayandırılacaq. Həmin gün ümumi rayonlar üzrə quraşdırılmış təxminən 330 analoq televiziya stansiyasından 77-si söndürüləcək. 330 analoq televiziya stansiyasını hələlik 145 rəqəmli televiziya stansiyası əvəz edəcək. Amma gələcək günlərdə rəqəmli TV stansiyalarının sayı 190-na qədər çatdırılacaq".
İ.Məmmədov bildirib ki, sonrakı mərhələdə 32, daha sonra 14 rayonda analoq yayım dayandırılacaq.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurası əhalinin rahatlığının təmin edilməsi, analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın - dekoderlərin ("Set-Top-Box"-ların) əldə olunması işinin asanlaşdırılması məqsədilə respublikanın regionlarında analoq yayımın mərhələli şəkildə dayandırılmasını məqsədəmüvafiq hesab edib və Şuranın 10 saylı qərarında dəyişiklik olunub. Edilən dəyişikliyə əsasən regionlarda analoq yayımın dayandırılmasının 3 mərhələdə həyata keçirilməsi barədə qərar qəbul edilib.
II mərhələdə analoq yayımın (dekabrın 10-dan) Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Qaxda, III mərhələdə (dekabrın 20-dən) Şirvan, Salyan, Neftçala, Haciqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik, Astarada dayandırılması nəzərdə tutulur."Report"
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Tərəf müqabili oldular
Ramal desə ki, sənəti at, ataram' - Rəqqasə Fatimə
Mən aparıcı deyiləm, xanəndəyəm' - Zaur Kamalın verilişini o aparacaq?
Hər səhər acqarına bir qaşıq için - Damarları şüşə kimi təmizləyir
Buna görə 20 kiloqram arıqladım' - Əməkdar artist
Bu əlamətlər bağırsaq probleminin göstəricisidir