DİQQƏT! Şəxsiyyət və sürücülük vəsiqələri ilə bağlı yeni QƏRAR
Şəxsiyyət və sürücülük vəsiqəsinin müddəti bitdikdə sms vasitəsilə xəbərdarlıq ediləcək. Bu, yeni yaradılan elektron xidmətdə öz əksini tapıb. Sistem digər bir neçə fəaliyyət zamanı da bildiriş mesajı göndərəcək.
Şəxsiyyət və sürücülük vəsiqəsinin qüvvədən düşməsi sms vasitəsilə bildiriləcək.
Qadınsaytı.az xezerxeber.az-a istinadən bildirir ki, fiziki şəxslər elektron xidmətin abunəçisi olaraq şəxsiyyət vəsiqəsi, ümumvətəndaş, xidməti və ya diplomatik pasportlar, sürücülük vəsiqəsi, ölkə ərazisində daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, dövlət qeydiyyatına alınmış vətəndaşlıq vəziyyəti aktları və ya notariat qaydasında təsdiq edilmiş etibarnamələrin qüvvədən düşməsi, həmçinin məhkəmə qərarları və əmrləri ilə şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və bu məhdudlaşdırmanın götürülməsi, hüquqi şəxslər isə ləğv olunmaları ilə bağlı SMS vasitəsilə məlumatlandırılır.
Məhkəmə qərarı ilə şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumat da SMS vasitəsilə göndəriləcək. Bütün bunlar Ədliyyə Nazirliyi Kollegiyasının təsdiq etdiyi "Mülki dövriyyə nəticəsində baş verən hüquqi hadisələrdən yaranan yeni hüquq və vəzifələr barədə fiziki və hüquqi şəxslərin məlumatlandırılması üzrə inzibati reqlament"də öz əksini tapıb. Reqlament bu ildən qüvvədədir...
Bu reqlamentə əsasən "exidmet.justice.gov.az" və "dxr.az" elektron ünvanlarında təqdim edilən elektron xidmət vasitəsilə fiziki şəxslər elektron xidmətin abunəçisi olaraq yuxarıda qeyd edilənlərlə bağlı məlumatları əldə edəcəklər.
f Paylaş








Rusiyada qazaxıstanlı reperə cinayət işi açıldı
Məzarı açıb ölən modelin başını oğurladılar
Hüseyn Almaxanımın iddialarını yalanladı - 'Səni heç kim tanımırdı
Rihanna müəlliminə ev aldı
Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?
Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?
Madonna xalqdan kömək istəyir
Həddindən artıq yuxu niyə təhlükəlidir?
Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş
Space TV-də bu veriliş də yayımlanmayacaq
Şabaşla varlananların sonu faciə ilə bitir
Anam yaşındasan, ayıb olsun' - FOTO
Pünhan Piriyev nişanını geri qaytarıb? - Özündən açıqlama