DİQQƏT! Uşaqların paltarları hansı dərəcədə və necə yuyulmalıdır? - Maye, yoxsa toz yuyucu vasitə?

DİQQƏT! Uşaqların paltarları hansı dərəcədə və necə yuyulmalıdır? - Maye, yoxsa toz yuyucu vasitə?Mütəxəssislər xəbərdarlıq edir: Uşaqlarınız üçün 6 yaşına qədər xüsusi yuyucu tozlardan istifadə edin, paltarları iki dəfə durulayın.

Anaları narahat edən suallardan biri də uşaqların paltarlarını yuyarkən hansı yuyucu tozdan istifadə etmələridir. Mütəxəssislər körpələrin dərisi böyüklərə nisbətən daha həssas olduğundan xüsusi yuyucu tozlar və yumşaldıcılardan istifadə etməyi məsləhət görürlər.

TurpKimi.com xəbər verir ki, Uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssis Dr. Kemal Akpınar 6 yaşına qədər xüsusi yuyucu vasitələrdən istifadə etməyi tövsiyə edib. "Suda yaxşı həll edilən yuyucu tozlara üstünlük verilməli, paltarlar iki dəfə durulanmalıdır. Uşaqların paltarları rütubətli qalmamalı, açıq havada qurudulmalı və mütləq ütülənməlidir".

Cildi qoruyan flora uşaqlarda hələ formalaşmadığından daha həssas olurlar. Ona görə də körpənin, uşağın dərisinə təmas edən geyimlərin təmizliyini təmin edən maddələr keyfiyyətli və həssas olmalıdır.

SUDA ƏRİYƏN YUYUCU TOZLAR SEÇİLMƏLİDİR

Yeni alınan geyimlər uşağa geydirilmədən öncə kimyəvi maddələrdən təmizlənməlidir. Uşaqlar üçün yuyucu toz seçərkən suda əriyən və yaxalama anında da paltarlardan tamamilə təmizlənən vasitələr seçilməlidir. Maye yuyucu vasitələrin yayılması daha asandır, kapsul yuyucu vasitələrin isə yayılması zəif olduğundan istifadə edilməsi məsləhət deyil. Mütəxəssis məktəb yaşına qədər uşaqların paltarlarını xüsusi yuyucu tozla yumağı məsləhət görür. "Ancaq ilk 2 il çox əhəmiyyətlidir; Ondan sonrası qarışıq keçid dövrüdür. Altı yaşından sonra isə uşaqların paltarlarını özünüzünkülərlə birgə yuya bilərsiz".

Paltar mikroblu deyilsə, 90 dərəcədə yumayın

Uşaqların paltarlarını o qədər də yüksək dərəcədə yumaq lazım deyil. Mikroblu olarsa, 60-90 dərəcəyə üstünlük verilməlidir. Paltarları daim 90 dərəcə temperaturda yumaq parçanın görkəmini korlayır.

Ümumiyyətlə, hər paltarı parçaya görə fərqli temperaturlarda yumaq lazımdır. Həssas paltarlar 30 dərəcəlik suda, pambıq paltarlar isə 45-60 dərəcədə yuyula bilər. Çox çirkli paltarlar isə iki dəfə yuyulmalıdır, yuyucu toz atılmış suda bir müddət saxlanmalıdır. Paltarlar hər zaman iki dəfə durulanmalıdır.

PALTARLARI AÇIQ HAVADA QURUDUN

Körpə və uşaq paltarlarını klassik üsulla açıq havada, günəşdə qurutmaq lazımdır. Qurutma maşınları yüksək sürətlə dönərək işlədiyi üçün paltarın quruluşunu korlaya bilər, tiftikləndirər. Bu da həssas dərili körpədə qızartıya səbəb olur. Digər tərəfdən bu cihazlar hər hansı bir mikroorqanizm istehsal etməz, bu baxımdan heç bir riski də yoxdur.

YUYUCU TOZLARIN TƏRKİBİNƏ DİQQƏT

6 yaşına qədər uşaqların paltarları üçün istifadə olunan yuyucu tozlar və yumşaldıcılarda paraben, boyaq maddəsi və yarı gizli kimyəvi maddələr olur. Dr. Akpınar qeyd edir ki, yuyucu tozlarda çoxlu miqdarda ətir olmamalıdır. Ətirləndiricilər uşaqlarda allergiya yaradır. Öskürmə, asqırma, dəridə qızartı, olur. Belə olanda çox bahalı bir məhsul olsa belə məhsuldan imtina etmək lazımdır.

ÜTÜLƏMƏYİ ERTƏLƏMƏYİN

Temperatur mikroorqanizmləri uzaqlaşdırdığı üçün paltarlar ütülənməlidir. Yazda də quru ütüləməyə üstünlük verilməli, paltarlar nəm qalmamalıdır.

Maraqlı     Baxılıb: 3661   Tarix: 11 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycanda baş müəllim vəfat edib. -a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib. Qeyd edək ki

.

Qalaktikamızın qonşuluğundakı ulduz itdi - Axtarırlar

Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, qonşu qalaktikada 10 ildir izlənən "M31-2014-DS1" yoxa çıxıb. -a istinadən bildirir ki, bu barədə amerikalı astrofiziklər bəyan ediblər. Bildirili

.

100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı

 "İlk implantları yaxın aylarda yerləşdirəcəyik". İlon Maskın "Neuralink" şirkəti görmə qabiliyyətini itirmiş insanlar üçün nəzərdə tutulan beyin implantı üzərində çalışmalarını davam etdirir. xəbər veri

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

.

Qaravəllilər

Qaravəlli - nağıllar başlarkən söylənilən və nəzm şəklində olan kiçik müqəddimədir. Məsələn:. Hamam, hamam içində,. Xəlbir saman içində. Dəvə dəlləklik eylər. Köhnə hamam içində. Qarışqa şıllaq atdı,. Dəvənin budu batdı

.

Vətən haqqında bayatılar

Yağı gəldi yanıma,. Susamışdı qanıma,. Döndüm qürbət ellərdən,. Qüvvət gəldi canıma. Kəm baxtı sönən qərib,. Qürbət ölən qərib,. Bəxtəvər günə düşdü,. Vətənə dönən qərib. Söz qaldı el gələnə,. Çırmandı sel gələnə,. Gözə

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

turlar.az

qadın geyimi həkim məsləhəti sade makiyaj sekilleri 2026 yay paltarlari xina yaxdi sozleri dəridə ləklər dermanlar kosmetika toy gecesı bayraq banan uşaq şeirləri şəhid