Diş ağrısının səbəbləri

Diş ağrısının səbəbləriDiş ağrısı - dişin içərisində, diş toxumasında və onun ətraf hissəsində olan ağrılardır. Diş ağrısı dişlərin çürüməsi, infeksiya, qulaq ağrıları və yaxud da çənə travmaları ilə nəticələnir.  Eyni zamanda diş ağrıları çeynəmə zamanı yaranan ağrılar, qanaxma, çənədə və damaqlarda qızartı şişkinlik ilə müşayiət oluna bilər. Dişlərin tam müalicəsi tibbi mütəxəssis, diş həkimi-stomotoloq tərəfindən həyata keçirilə bilər.
Diş ağrılarının səbəbləri
Bu ağrılara səbəb-çənə və damaq xəstəlikləri, travmalar, dişlərin mexaniki  zədələnməsi ola bilər. Əksər hallarda diş ağrılarına diş ətinin zədələnməsi və ya xəstəliyi (iltihabı) səbəb olur. Diş əti - dişin boynunu əhatə edən yumşaq toxumadır. O, sinir, qan və limfa damarlarından ibarətdir. Diş əti xəstəliyi kariesin yaranmasından əmələ gəlir. Lazımi müalicə olunmadığı halda nəinki davamsız ağrıya eləcə də, dişlərin məhvinə səbəb olur.
Diş ağrılarına səbəb digər amillər ola bilər:
- plomblama texnologiyasının pozulması;
- diş minasının zədələnməsi;
- diş boynunun açılması.
Bütün bu xəstəliklər stomotoloq tərəfindən müalicə tələb edir. Əgər diş ağrısını dayandırmaq üçün effektiv yol tapmısınızsa unutmayın ki, bu müvəqqətidir və heç də sağalması demək deyil. Diş toxumasının özünü bərpa etmək qabiliyyəti yoxdur və müəyyən zamandan sonra bu narahatlıq geri qayıda bilər. Bəzən ağrı uzun müddətlik yox olur, lakin bu faktor iltihab prosesindən kəskin xronikiyə çevrilməni göstərir. Bu da öz növbəsində sinir toxumalarının məhvi, irinli abses və sümük iltihabı (osteomielit) ilə nəticələnə bilər.
İlk ağrı simptomları zamanı stomatoloqa müraciət etmək lazımdır. Bu zaman həkim ağrıya səbəb olan patoloji səbəbləri taparaq düzgün müalicəni təyin edəcək.
Bəzən diş ağrıları altında digər xəstəliklər "maskalanır". Məsələn, çənə oynaqlarının xəstəlikləri zamanı diş ağrısına bənzər bir hiss ola bilər
Əgər diş ağrısı yaranan vaxt dərhal həkimə müraciət etmək imkanı yoxdursa o zaman  diş ağrısından azad olmaq üçün bir neçə həll yolunu sınamaq lazımdır:
- müntəzəm dişləri təmizləmək;
- diş sapı ilədişlərin arasını təmizləmək;
- ağız boşluğunu dəniz duzu (olmadığı halda adi duzla), soda və yaxud da iliq su ilə yaxalamaq;
- ağrıkəsici qəbul etmək;
- xalq təbabətindən istifadə etmək.
Ağrıya səbəb kariesdirsə o zaman ilk növbədə bütün qıcıqlandırıcı faktorları uzaqlaşdırmaq lazımdır. Qida qəbulunu dayandırmalı və ağız boşluğunu bacardıqca tez-tez yaxalamaq lazımdır. Dişlərdə yaranmış "çuxur"lara dolan qida qırıntılarından azad olduqdan sonra yaranmış ağrı keçəcək. Qarqara təsirini artırmaq və toxumalardakı şişkinliyi aradan qaldırmaq üçün antiseptik təsirə malik dərman bitkilərindən hazırlanmış məhlullardan istifadə etmək də məqsədəuyğundur. Çobanyastığı, nərgiz, adaçayı, bağayarpağı kimi bitkilərin dəmləməsindən istifadə edə bilərsiniz.
Ağrıkəsici qəbul etmək istədiyiniz zaman isə dərman preparatının təlimatı, gündəlik qəbul olunacaq dozası, digər təsirləri ilə ətraflı tanış olun.
Milli.Az

Xəbərlər     Baxılıb: 1062   Tarix: 13 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

kosmetoloq geyim dəbləri qadın geyimi neyrosirkulyator distoniya geyimlər testosteron nədir goz altı qırışlar kosmetika şirin qoğal heyati haxisdalar vətənə aid bayatı toyuq salati