Diş və damaqlar üçün xeyirli məhsullar

Diş və damaqlar üçün xeyirli məhsullarSağlam dişlər və damaqlar hər bir üzün gözəlliyidir.
Bundan əlavə onlar bir çox səslərin tənəffüsündə böyük rol oynayırlar. Damaqların əsas funksiyası isə dişlərin tərpənmə i və tökülmədən  qorumaqdır.
Gündəlik rasionumuzda olan bir çox məhsullar diş və damaqlara həm ziyanlı, həm də xeyirli təsir göstərə bilirlər.Bu isə gündəlik olaraq onların zədə alması, bir çox məqamlarda korlanması deməkdir. Məhz bu səbəbdən  bu məqalədə sizə diş və damaqlar üçün çox xeyirli olan məhsullar haqda məlumat verəcəyik. Beləliklə məhsulların siyahısı:
- Kök. Tərkibinə olan karortin damaqlar üçün çox xeyirlidir.Çiy halda diş və damaqlar üçün əla trenajor vasitəsi də sayılır.
- Süd. Tərkibində olan kalsiy dişlərin tikinti materialı sayılır.
- Balıq. Bu məhsulun tərkibində olan fosfor dişlər üçün çox lazımlıdır.
- Göyərti. Orqanik kalsinin təbii mənbəyidir.
- Dəniz kələmi. Tərkibində yodun və digər mikroelementlərin yüksək miqdarda olması orqanizmdə maddələr mübadiləsinin yaxşılaşmasına səbəb olur.
- Alma. Damaqları yaxşı masaj edir və diş ərpini təmizləyir.
- Balqabaq. Tərkibində ftor, sink və selenin olması dişləri ağardır, möhkəmləndirir və daha sağlam edir.
- Soğan. Tərkibində olan C vitamini və fitonsidlər damaqların möhkəmlənməsinə səbəb olur.
Ümumi tövsiyələr:
Diş və damağın sağlamlığı bütün orqanizmin sağlamlığından asılı olduğuna görə, həkimlər hər bir insana qan dövranını stimullaşdıran və immun sistemi möhkəmləndirən idman məşğələlərini məsləhət görürülər.
Barmaqlarla(damaqlara) edilən gündəlik masaj,paradontozun əla profilaktikasıdır.
Ftorun əsas mənbəyi su olduğuna görə, suyu az içdikdə diş emalı zəifləyir, çox içdikdə isə qara nöqtələrlə örtülür.
Həddən artıq soyuq və ya isti su, diş emalında çatların yaranma təhlükəsini artırır. Buna görə mayeləri otaq temperaturlu içmə daha məsləhətli sayılır.
Gündəlik raionda turş olmayan müyvə və tərəvəzlər üstünlük təşkil etməlidir. Belə ki, onlar, vitamin və mineralların əsas mənbəyi sayılırlar. Bundan əlavə meyvə və tərəvəzləri çiy yedikdə onlar, ağız böşluğundan qan dövranını stimullaşdırır, damaqları masaj edir və diş emalını möhkəmləndirirlər.
Həmçinin hər bir insanın gündəlik qida  rasionunda olan bir çox məhsullar vardır ki, onlar diş və damaqlara çox pis təsir göstəririlər. Bunlar:
- Təmizlənmiş və təmizlənməmiş qovrulmuş tumlar. Tumları dişlə təmizlədikdə, diş emalının mexaniki zədədlənməsi baş verir. Tez-tez təkrar olunduqda isə emal bərpa olunmaya bilər.
- Suxari və ya digər çox bərk məhsullar. Əsasən diş emalına pis təsir edir və damaqları zədələyir.
- Limonad, Coca-cola və digər şirin qazlı içkilər. Tərkiblərində olan ziyanlı maddələr diş emalını korlayır.
- Şəkər və yulaf yarması. Kalsini mənimsənilməsini  bloklayır.
- Albalı, qarağat və digər turş giləmeyvələr. Tərkiblərində olan meyvə turşuları diş emalını korlayır.
Həkimlər bütün orqanlar kimi dişlərin də əvvəldən qorunması və möhkəmləndirilməsini məsləhət görürülər. Bunun üçün isə edə biləcəyiniz məqamlardan biri gündəlik rasionunuzda olan məhsulları düzgün seçmənizdir...
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1358   Tarix: 05 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

toy gecesi makiyaj etmek qaydalari yemek reseptleri reseptlər valideyne aid statuslar həftəlik bürclər saclarin yigilmasi kosmetika intim munasibetler seksi gözəllik veten haqqinda bayati bayraq